Səhər müsəlman, axşam kafir olmaq məkrini Allah necə ifşa etdi
Mьəllif: admin1
Tarix: 23-11-2017, 23:08
Səhər müsəlman, axşam kafir olmaq məkrini Allah necə ifşa etdi

“Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də)etmirlər(çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır).

Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Həzrət Muhəmməd (s) barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz(bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?! Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz(həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?! Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına)dedilər: «İman gətirənlərə nazil olan şeylərə (Qur’an ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)»”. (“Ali-İmran” 69-72).

Yəhudi alimlərindən on iki nəfəri qərara alırlar ki, müsəlmanlarda şəkk və şübhə yaratmaq üçün səhər çağı Peyğəmbərin (s) yanına gəlib, iman gətirsinlər və axşam çağı da dindən üz döndərsinlər. Sonra desinlər ki, biz Həzrət Muhəmmədi (s) və onun dinini gördük, lakin Tövrat və İncildə gələnlərlə uyğun gəlmir. Onlar bu məkrli planları ilə istəyirdilər ki, müsəlmanlara bildirsinlər ki, əgər İslam dini haqdırsa, onda başqa dində olanlar ondan əl çəkməzdilər. Bu yolla müsəlmanlarda şəkk yaratmaq istəyirdilər. Həmçinin qalan yəhudiləri də müsəlman olmaq eşqindən döndərmiş olarlar. Allah Təala bu ayələri nazil edərək, onların niyyətini hamıya bəlli etdi.

Onların əsl niyyəti sadəlövh insanları dindən döndərmək və yeni dindən uzaqlaşdırmaq idi.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “O zaman ki, Peyğəmbər (s) zöhr namazı vaxtı qiblənin Beytul-müqəddəsdən Kəbəyə tərəf dəyişdiyini elan etdi, yəhudilər dedilər: “Günün əvvəlində iman gətirin və günün sonunda olana (qiblənin dəyişməsinə) küfr edin ki, onlar qibləni dəyişməkdən əl çəksinlər və Beytul-müqəddəsə tərəf namaz qılsınlar””.

Ayələrdən çıxartdığımız nəticələr:

- Düşmənlər müsəlmanları azdırmaq üçün plan cızırlar.

- Bir dəstə İslam adı ilə müsəlmanların sırasına nüfuz edir və onları arxadan xəncərlə vurmaq istəyir. Ona görə də ayıq olmaq lazımdır.

- Müsəlman gərək sadəlövh olmasın və hər “iman gətirənə” etimad etməsin.

- Allah həssas zamanlarda fitnələrin üzərindəki pərdəni götürmüşdür.

- Bizim imanımız o qədər güclü olmalıdır ki, bəzi zəif imanlı insanların dindən qayıtması bizi sarsıtmasın.

- Düşmənin siyasətlərindən biri – rabitə qurmaq və sonra da onu qət etməkdir.

- İslamın düşmənləri öz fitnələrini gizli şəkildə edərlər. Özlərindən başqasına etimad etməzlər.

- Təəssübkeşlik və özünü başqalarından üstün bilmək – dindarlığın bəlalarındandır.

Bu ayələr yəhudilərin çirkin planın üstünü açdı və planlarını iflasa yönəltdi. Müsəlmanlar ayıldı və yəhudilərin çirkin fitnəsinə uymadılar. Bizim dövrümüzdə də bu cür fitnələr az deyildir. Düşmənlər var gücləri ilə çalışır ki, bizim etiqadımızı zəiflətsinlər və cavan nəslin imanını əlindən alsınlar. Onlar bu yolda hər vasitədən istifadə edirlər. Alim, tarixçi, jurnalist, hətta kino oyunçusu paltarını geyinib bu fitnənin baş qəhrəmanları olurlar.

Əslində onların niyyəti bu deyildir ki, müsəlmanları xristian və ya yəhudi dininə gətirsinlər. Əslində bütün səyləri İslam dininin bünövrəsini sarsıtmaqdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930