Yer üzü Allahın vəlisindən boş olmayacaq
Mьəllif: Admin
Tarix: 21-02-2024, 10:27
Yer üzü Allahın vəlisindən boş olmayacaq
Bütün dinlərdə və inanclarda dünyanı ədalətlə dolduracaq bir xilaskarın çıxacağına inam var, ancaq xilaskarın kim olduğu və bəzi xüsusiyyətləri ilə bağlı ixtilaflar var.

Qurani-Kərimdə xilaskarın zühuru məsələsini iki növ ayədən anlamaq olar. Birinci qrup ayələr ilahi höccətin insanlar arasında olmasının zəruri olduğunu bildirən ayələrdir. İkinci qrup, salehlərin, zəiflərin və məzlumların qalib gələcəyini müjdələyən ayələrdir. Əvvəlcə birinci qrup ayələrə işarə edilir.

“Rəd” surəsinin 7-ci ayəsində buyurulur: “Sən ancaq xəbərdarlıq edənsən və hər ümmətin bir bələdçisi vardır”.

Bu ayədən belə başa düşülür ki, Allaha dəvət edən insanlar iki növdür. Xəbərdar edənlər və doğru yola yönəldənlər. İkisi arasında nə fərq var? Xəbərdarlıq azmışların doğru yola qayıtmasına və ondan dönməməsinə kömək etmək, hidayət isə doğru yolda olanların irəli getməsinə kömək etməkdir. Başqa sözlə desək, xəbərdarlıq edən (münzir) yaradan, bələdçi (hadi) isə insanların tərəqqisinə kömək edəndir.

Şübhəsiz ki, bu ayələrdə Peyğəmbərimiz (s) bir rəhbər olaraq tanıtılır. Lakin bu ayədən başa düşülən budur ki, buradakı bələdçi Peyğəmbərimizdən (s) başqa, onun yolunu və şəriətini davam etdirəcək və qoruyacaq birini nəzərdə tutur.

“Fatir” surəsinin 24-cü ayəsi: “...Elə bir ümmət yoxdur ki, onların arasından qorxudan olmasın”.

Bu ayədə hər ümmətə xəbərdarlıq edən peyğəmbər göndərildiyi bildirilir. “Rəd” surəsinin 7-ci ayəsi sübut edir ki, hər bir ümmət üçün bir rəhbər vardır.

İbn Kəsir, Təbəri, Fəxr Razi, Əbu Həyyan Əndəlus və Nişaburi kimi bir çox tanınmış sünni alimləri bu cümlənin təfsirində İbn Abbasdan bir rəvayət nəql etmişlər:

“Peyğəmbər əlini sinəsinə qoyub dedi: “Mən qorxudanam. Əli isə mənim əmrlərimə yol göstərəndir və o, hidayət edəndir”.

Buna görə də bu ayədən belə başa düşülür ki, insan cəmiyyətlərində həmişə Allahın seçdiyi bir rəhbər vardır. Bəşər tarixi boyu yer üzü heç vaxt hidayət və ilahi rəhbərdən boş olmamışdır və olmayacaqdır.

(iqna.ir)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930