Quranda təvəkkül etmək və psixoloji sağlamlıq
Mьəllif: Admin
Tarix: 30-01-2024, 10:47
Quranda təvəkkül etmək və psixoloji sağlamlıq
Uca Allahın insanı doğru yola yönəltmək təlimləri insan psixolojiyası ilə əlaqəsiz deyil.

Quran təlimləri arasında təvəkkül etmək dini bir əməldir və üstün bir fəzilət sayılır. Bu məsələ təvəkkül və dini həyatdakı zərurətinin əhəmiyyətini və yerini göstərir.

Əslində “təvəkkül” hər şeydə Allaha qəlbi bir inanc və Allahdan qeyrisindən üz döndərməkdir. Həmçinin bu, vasitələrdən istifadə ilə ziddiyyət təşkil etmir, bir şərtlə ki, o, öz həyatında vasitələri əsas prinsip hesab etməsin.

Buna görə də təvəkkül etmək səy göstərmək və çalışmaqdan əl çəkmək deyil. Həqiqətdə, səbəblərin bir hissəsini təmin etməkdir.

İnsan maddi səbəbləri toplamağa çalışmaqdan əlavə, mənəvi səbəbləri də məqsədin reallaşmasına uyğunlaşdırmalıdır.

Məsələn, Məryəmə (ə) Məsihin (ə) mövludu müjdəsi verildikdə və hamiləliyin zəifliyi və ağrıları onda göründüyü zaman Allah ona buyurdu:

"Xurmanın gövdəsini özünüzə tərəf silkələ ki, sənin üçün təzə yığılmış xurma tökülsün” (Məryəm, 25).

Bu ayəyə əsasən məlum olur ki, xurmanın enməsi üçün Məryəmin (ə) özünün də həmin şəraitdə göstərdiyi səylər zəruridir və o, hərəkətə keçməsə və sadəcə bir yerdə otursa, xurma əldə etməz.

Qurani-Kərimdə buyurulur: “İnsana ancaq öz zəhməti (səyi, əməli) qalar! Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (səyi, əməli) görünəcəkdir!” (Nəcm, 39-40).

Yəni heç bir halda insan səyləri dayandırılmamalı və bu vəziyyətdə məqsədə çatmasa belə, insanda məqsədi əldə etməmək kədəri yaranmaz; çünki o, özünü və məqsədini birinə tapşırıb.

İşini yenilməz və eyni zamanda idarəçi və mərhəmətli birinə həvalə edib. Habelə əgər məqsəd yerinə yetirilməsə, işdə daha böyük bir xeyir vardır.

Hədəfin həyata keçməməsi də qənaətbəxşdir: “Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Şübhəsiz ki, O, hər şey üçün bir ölçü təyin etmişdir” (Təlaq, 3).

Ona görə də Allaha təvəkkül insanın zahiri və batini, düşüncə və əməlinə təsir etdikdə, fəzilətdən başqa heç bir əsasa baxmaz. Həmçinin elə bir məqamdadır ki, insanın ruhu və ağlı kamilliyə və rahatlığa çatır və xatircəmlik rütbəsi alır (Fəcr, 27).
(iqna.ir)

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031