Ən yaxşı və kamil yol, Allaha qayıtmaqdır
Mьəllif: Admin
Tarix: 13-03-2023, 14:24
Ən yaxşı və kamil yol, Allaha qayıtmaqdır
Quranın altmış altıncı surəsi “Təhrim” adlanır. 12 ayədən ibarət olan bu surə iyirmi səkkizinci cüzdə yerləşdirilmişdir. Mədinədə nazil olan bu surə İslam Peyğəmbərinə (s) nazil olan 180-ci surədir.

Surənin adı onun ilk ayəsindən götürülmüşdür. Bu ayədə Peyğəmbərin (s) zövcələrinin razılığına görə halallığı özünə haram etməyə and içməsinə işarə edilir.

"Təhrim" surəsi İslam Peyğəmbərini (s) zövcələrini razı salmaq üçün Allahın ona halal buyurduğunu haram etdiyinə görə qınamaqla başlayır.

Sonra Allah möminlərə xitab edir ki, canlarını və ailələrini cəhənnəm əzabından qorusunlar və dünyada etdiklərinə görə mükafatlandırılacaqlarını bilsinlər. Digər tərəfdən, günahkarları tövbə edib Allaha qayıtmağa təşviq edir.

Bu surədə ən yaxşı tövbə “nəsuh tövbəsi” adlanır; Bu, kamil və günaha dönmədən edilən tövbədir. “Nəsuh tövbə”si termini Quranın yalnız bu surəsində gəlmişdir; O, İslam mədəniyyətində xüsusi yeri olan bir termindir.

“Nəsuh” insanın mənafeyini təmin edən ən yaxşı işi tapmağa çalışmaq və ya ixlas mənasındadır. Buna əsasən, "nəsuh tövbə"si onu edənin günaha qayıtmasına mane olan tövbədir. Ya da o tövbədir ki, bəndə günahdan pak edir. Nəticədə, tövbə etdiyi əmələ qayıtmamalıdır.

Bu ayələrdə Nuhun (ə) və Lutun (ə) həyat yoldaşlarını iki pak olmayan qadın kimi nümunə göstərir ki, iki mömin şəxsin həyat yoldaşları idilər. Fironun həyat yoldaşını isə mömin qadının kafir bir şəxsin xanımı kimi nümunə göstərir.

Nəhayət, əri olmayan mömin qadını (Həzrət Məryəmi (s)) misal çəkir. Görünür, bu misallar peyğəmbərlərin zövcələrinin başına gələ biləcək yanlış hərəkətlərdən möminlərin təəccüblənməməsi üçün çəkilmişdir.

Həmçinin belə nəticəyə gəlmək olar ki, ailə münasibətləri insanların xoşbəxtliyinə və xilasına zəmanət verə bilməz. Ya da insanları öz dünyəvi istəklərinə çatmaq üçün azad edə bilməz; Necə ki, peyğəmbərin həyat yoldaşı olmaq Nuh (ə) və Lut (ə) peyğəmbərin zövcələrini xilas edə bilmədi.

Bunun əksinə olaraq, fironun həyat yoldaşı öz şəxsiyyəti və pak fitrəti sayəsində nicat tapdı və səadətə çatdı. Məryəm (ə) isə əri olmadan səadətə çatdı. O, imanı və fitri paklığı ilə o məqama çatdı və möminlərə örnək oldu.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930