Allah əncir və zeytuna and içir
Mьəllif: Admin
Tarix: 17-01-2023, 11:54
Allah əncir və zeytuna and içir
Əncir mənasındakı “Tin” sözü Quranda yalnız bir dəfə keçib. O da "Tin" surəsindədir ki, Allah ona and icir: “And olsun əncirə və zeytuna; And olsun (Allah-təalanın Musa ilə danışdığı) Tur dağına; And olsun bu təhlükəsiz (qorxusuz-xətərsiz) şəhərə (Məkkəyə)" (Tin, 1-3).

“Tin” və “zeytun” dedikdə nə nəzərdə tutulduğu barədə müxtəlif nəzəriyyələr irəli sürülüb. Təfsirçilər bu surənin ilk ayələrini araşdırdıqda iki fikrə gəlirlər.

Birincisi, “Tin” surəsinin başlanğıc ayələrinə və bəyan edilən dörd hissəyə əsasən, ilk iki and (Tin və Zeytun) ilə sonrakı iki and (Tur Sinin və Bələd Əmin) arasında əlaqənin olması lazım olduğunu söyləmişlər; Bu səbəbdən “Tin” və “Zeytunun”un xüsusi yer adları olduğunu bildiriblər.

“Tur Sinin” Həzrət Musanın (ə) Allahla danışdığı və peyğəmbər olduğu yerdir. “Bələd Əmin” (təhlükəsiz şəhər) Məkkədir. İbrahim (ə) və oğlu İsmayıl (ə) Kəbənin tikintisini bitirdikdə İbrahim belə dua etdi: “Ya Rəbb, bu [yeri] təhlükəsiz bir şəhər et” (İbrahim, 35).

Bu fikrə görə, “Tin” və “Zeytun” sözünün mənası Hicazın (indiki Ərəbistan ərazisi) şimalında, Fələstin və Şamatda yerləşən yerlərdir. Bu iki bölgə bir çox ilahi peyğəmbərlərin doğulduğu və böyüdüyü yer olmuşdur.

İkinci fikir budur ki, “Tin” və “zeytun” öz həqiqi mənasında, bir növ yemək mənasındadır. Belə olan halda onların “Tur Sinin” və “Bələd Əmin”lə əlaqələri necə olacaq?

Təfsirçilər bu barədə demişlər ki, “Tin” surəsinin ilk iki hissəsi bədənin qidası ilə əlaqədardır və onlara and içilir, digər iki hissəsi isə insanların ruhu ilə bağlıdır.

Bu halda, “Biz insanı ən gözəl biçimdə yaratdıq” (Tin, 4) deyən növbəti ayəyə diqqət yetirmək olar. Ona görə də insan ən yaxşı şəraitdə və imkanlarda həm fiziki, həm də əqli cəhətdən sabitliyə və tarazlığa çatmışdır. Həmçinin ən gözəl və ən layiqli şəkildə yaradılmışdır.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930