İlahi dinlər insanın mütləq cəhalətdən qurtulmasına xidmət edir
Mьəllif: Admin
Tarix: 25-08-2022, 21:17
İlahi dinlər insanın mütləq cəhalətdən qurtulmasına xidmət edir
İslam fəlsəfəsi üzrə görkəmli ustad Qulamrza Əvani ilahi dinlərin əsas missiyası haqqında bəzi məqamları ifadə edib ki, bunları aşağıda oxuya bilərsiniz:

Musa (ə), İsa (ə), Həzrəti Muhəmməd (ə) və digər peyğəmbərlərin (s) gətirdiyi ilahi dinlər insanı mütləq cəhalətdən çıxartmaq və onların həqiqəti görən gözlərini işıqlandırmaq istəyirdilər. Az-çox hər kəsin insanları görən gözü var. Amma həqiqəti görən gözə çox nadir hallarda rast gəlinir. Əlbəttə ki, ilahi övliyalar bu həqiqəti görən gözlərə sahib idilər.

İlahi dinlərin ən mühüm hədəfi

İbn Ərəbi ruhu elmə bənzədir ki, insan ilahi elmlə dirilir. Quranda da eyni məqama işarə edilir və Allah belə buyurur: "Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi? Etdikləri əməllər kafirlərə belə gözəl göstərildi" (Ənam, 122).

Allahın Rəsulu (s) buyurmuşdur ki, "elm bir nurdur ki, Allah onu istədiyi şəxsin qəlbinə salır" və ya “Hər şeyi həmişə Allahın nuru ilə görən möminin nurundan qorxun".

Mövlana da deyir: “Ey mömin, Allahın nuru ilə görən oldun”. Onun bu ifadəsi Peyğəmbərin (s) bir hədisinə işarə edir ki, buyurur: “Möminin zirəngliyindən qorxun, çünki o, Allahın nuru ilə görür". Nur olanda insan yolu quyudan ayıra bilir və furqan sahibi olur. Hidayət də həmin həqiqət nuru ilə görməkdir.

Bəziləri zülmət içində o qədər qalır ki, oradan çıxa bilmir və iman nuruna hidayət olmur. Qeyd etmək lazımdır ki, ilahi əmr sonsuzdur. Kimsə zülmətə düşərsə, bu ilahi əmr sonsuz olduğu üçün hidayət olmaz.

İbn Ərəbi İslam dünyasının böyük ariflərindəndir. Onun nəzəri irfan sahəsində ən mühüm əsəri məşhur “Fususul-Hikəm” kitabıdır. İbn Ərəbi ömrünün sonunda 27 fəsildən ibarət olan bu əsəri qələmə almışdır. Hər bir fəsildə peyğəmbərlərdən birinə nisbət verilən hikmət vardır.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930