Niyə Peyğəmbərimiz (s) südü əvvəlcə İmam Həsənə (ə) verdi?
Mьəllif: Admin
Tarix: 4-09-2021, 10:32
Niyə Peyğəmbərimiz (s) südü əvvəlcə İmam Həsənə (ə) verdi?
Bir gün Həzrət Peyğəmbər (s) istirahət halında idi. İmam Həsən (ə) ondan su istədi. Həzrət (s) də bir qədər süd sağdı və kasaya tökdü.

Bu zaman Hüseyn (ə) yerindən qalxdı ki, kasanı alıb içsin. Ancaq Peyğəmbər (s) südü İmam Həsənə (ə) verdi.

Xanım Zəhra (s.ə) bu mənzərəni görən zaman atasına buyurdu: “Ya Rəsulallah! Sanki Həsəni (ə) daha çox sevirsiniz?”.

Həzrət (s) buyurdu: “Belə deyildir. Mənim Həsəni (ə) müdafiə etməkdə məqsədim – onun haqqının qabaqcıl olmasıdır. Çünki daha tez su istəmişdi. Növbəni qorumaq lazımdır”.

Bu mübarək hədis bizə növbəyə riayət etməyin mühümlüyünü bir daha çatdırır.

Allah Təala bizləri insanların haqqını əda edənlərdən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930