İnsanın yanında olan nəzarətçi mələklər nəyin qeydiyyatını aparırlar?
Mьəllif: Admin
Tarix: 14-07-2021, 10:28
İnsanın yanında olan nəzarətçi mələklər nəyin qeydiyyatını aparırlar?
“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir.

Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın şiddətindən) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik)”. (“İsra” 7).

Müqəddəs Quranda bir çox millət və qövmlərin əhvalatları vardır ki, aqillər üçün ibrət mənbəyidir. Aqillər məhz bu ibrətli əhvalatlar sayəsində Allahın qüdrətini dərk edər və tövhidə daha çox meyil edərlər.

“Şübhəsiz, onların (peyğəmbərlərin və onların ümmətlərinin) başlarına gələnlərdə ağıl sahibləri üçün bir ibrət vardır. (Bu Quran) yalandan uydurulması mümkün olan bir söz deyil. Lakin özündən öncə olan (səma kitabların)ı təsdiq edən, (din işləri və mənəvi maarif barəsində) hər bir şeyi müfəssəl izah edən və imanı olan tayfa üçün doğru yol göstərən və mərhəmətdir”. (“Yusif” 111).

Uca Allah Bəni-İsrayilin itaətsizliyindən və üsyankarlığından bəhs edərək, aqillərə ibrət dərsi verər və buyurar: “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”.

Bu ayədə Allah Təala Bəni-İsrayilə xitab edər, ancaq əslində isə bütün bəşərə xitab etmiş olar. Buyurar ki, əgər yaxşılıq etsəniz özünüzə etmiş olarsınız.

Çünki mükafatını özünüz alacaqsınız. Əgər pislik etsəniz, yenə də özünüzə pislik etmiş olarsınız. Çünki cəzasını özünüz çəkəcəksiniz.

Allahın heç kəsin yaxşılıq və ibadətinə ehtiyacı yoxdur. Bəndə nə edirsə, özü üçün və öz axirəti üçün edər.

İnsan söylədiyi hər söz, hər bir fikirə görə özü cavabdehdir. Çünki onların insana təsiri vardır və nəticədə ya Allaha yaxınlaşar, ya da ondan uzaqlaşar.

Seçim insanın əlindədir. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18).

Deməli, insanın yanında daima nəzarətçi mələk vardır ki, dediyi hər bir sözü yazır. Odur ki, insan ancaq xoş söz, xeyir spz danışmalıdır.

İnsanın dediyi hər bir çirkin söz, onun varlığında özünü nümayiş etdirər və hər bir gözəl söz ruhuna müsbət təsir edər. Bəşər istəsə də, istəməsə də əməlləri sayəsində mükafat və cəza alar. Aqillər bu həqiqəti yaxşı dərk edirlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930