Namaz qılmağın fəlsəfəsi nədir?
Mьəllif: Admin
Tarix: 30-06-2021, 18:52
Namaz qılmağın fəlsəfəsi nədir?
İbadət – bizim təkamül vasitəmiz və səadət yolumuzdur. Allahın namaza əmr etməsi bizlər üçün bir lütf və rəhmətdir ki, bizi kamala doğru yönləndirir.

Misal üçün, ata və ana övladlarına dərs oxumağı əmr edərlər, çünki bu əməlin övladları üçün faydalı olduqlarını bilirlər. Onun üçün səadət istəyirlər.

Bu əmr əslində övlada sevgidən meydana gələr, valideynlər övladlarının dərs oxumağından bir fayda görməzlər.

Müqəddəs Quranın ayələri və hədislər namazın fəlsəfəsi barəsində buyurur:

1. Allahı yada salmaqdır. “Şübhəsiz, bu Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

2. Günahdan geri qayıtmaq. “Bu Kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldədə) xoşagəlməz hallardan çəkindirir. Əlbəttə, insanın Allahı yad etməsi və Allahın insanı yad etməsi daha böyükdür. Allah nə etdiyinizi bilir”. (“Ənkəbut” 45).

3. Ruhu pakizə edər. Namaz ruhu pakizə edər. Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq ki, namaz evin qarşısında axan bulağa bənzəyir ki, insan gündə beş dəfə orada yuyunar və təmizlənər.

4. Namazdan yardım istəmək. “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin. Əlbəttə ki, kömək diləmək və namaz (bunların hər ikisi) itaətkarlardan başqalarına ağır və çətindir”. (“Bəqərə” 45).

5. Təkəbbürdən uzaq olmaq. Həzrət Fatimə (s.ə) buyurur: “Allah namazı vacib etmişdir ki, insanlar təkəbbür və qürurdan pak olsunlar”.

6. Nicat tapmaq. “Həqiqətən (İslamın əqidə əsaslarına) iman gətirənlər nicat tapdılar (sanki onlar artıq axirətdə əməllərinin bütün mükafatlarını alıblar).

O kəslər ki, namazlarında (həm ürəkləri, həm də bədənləri ilə) itaətkardırlar”. (“Muminun” 1-2).

İmam Baqir (ə) buyurur: “O zaman ki, namazqılan namaz üçün üzü qibləyə dayanar, Rəhim və Rəhman olan Allah ona xüsusi diqqət edər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930