Behiştin iyi min illik yoldan insanın burnuna çatar. Amma bu insanlar onu duymaz
Mьəllif: Admin
Tarix: 9-06-2021, 23:08
Behiştin iyi min illik yoldan insanın burnuna çatar. Amma bu insanlar onu duymaz
Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, Qiyamət günü gəlib çatar, Allah pis iyli külək əsdirər ki, onun iyindən məhşər əhli narahat olarlar. O yerə qədər ki, bu külək insanların nəfəsini kəsər.

Bu zaman carçı car çəkər: “Bilirsinizmi ki, sizi narahat edən iy, nə iyidir?”.

Deyərlər: “Xeyr, elə o qədər bilirik ki, bu iy bizə əziyyət verir”.

Onlara deyirlər: “Bu, zinakarın iyidir ki, zina etmişdir və tövbə etmədən dünyadan getmişdir. Onları lənətləyin ki, Allahın lənəti onlara olsun”.

Məhşər səhrasında elə bir insan qalmaz ki, deməsin: “Allahım, zinakarlara lənət et””.

Zina – kəbirə günahlarından olub, çox pis təsirlərə malikdir. O cümlədən:

1. İlahi əzaba düçar olmaq. İmam Sadiq (ə) buyurur: “Allah yanında üç günahı etmək çox böyük hesab olunur:

- O kəs ki, peyğəmbərlərdən olan peyğəmbəri öldürər.

- O kəs ki, Allah Evini ki, İlahi bəndələrin qibləsidir – xarab edər.

- O kəs ki, zina edər”.

2. Qəbir əzabı. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, müsəlman, yəhudi, xristian və ya zərdüşt dinində olan qadınla ki, istər azad olsun, istərsə də kəniz – zina edər və tövbə etmədən ölərsə, Allah onun qəbrinə 300 qapı açar ki, onlardan ilanlar, əqrəblər daxil olar və Qiyamətə qədər atəşdə yanar”.

3. Behiştin iyini iyləyə bilməz. Behiştin iyi uzaq məsafədən behişt əhlinin burnuna çatar. Həzrət Peyğəmbər (s) buyurur ki, Cəbrayil (ə) mənə xəbər vermişdir ki, behiştin iyi min illik yoldan insanın burnuna çatar.

Ancaq bir neçə nəfər onu iyləyə bilməz. O kəs ki, ağvalideyndir, o kəs ki, qohumluq əlaqəsini kəsmişdir və zina edən qoca kişi”.

4. İlahi rəhmətə nail olmaz. Həzrət Peyğmbər (s) buyurur: “Allah Təala Qiyamət günü üç nəfərlə danışmayacaqdır və onlara rəhmət nəzəri salmayacaqdır. Onlardan biri də zina edən qoca kişidir”.

5. Duası yerinə yetməz. İmam Baqirdən (ə) nəql edilir ki, Allah Təala buyurur ki, zina etmə. Bu zaman üzün nuru gedər. Səmanın qapıları duaların üzünə bağlanar.

6. Ömrün qısalması. Zinanın vurduğu pis təsirlərdən biri də budur ki, ömrün qısalmasına gətirib çıxardar.

7. Ruzini azaldar. İmam Əli (ə) buyurur: “Zina, halal ruzinin qət olmasına səbəb olar”.

8. Nəsli fəsad olar. İmam Rza (ə) buyurur: “Allah zinanı ona görə haram buyurmuşdur ki, fəsada səbəb olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930