Bu adamlar üçün Ölüm Mələyi çox mehriban olar
Mьəllif: Admin
Tarix: 22-05-2021, 14:37
Bu adamlar üçün Ölüm Mələyi çox mehriban olar
Ölüm ruhla bədənin əlaqəsini kəsər. Ölüm – yəni bu dünyadan axirətə səfər etməkdir. Öləndən sonra insanı elə yerə aparırlar ki, adı qəbirdir. Qəbir – ölülərin müvəqqəti yeridir.

İnsan öləndən sonra bərzəx aləminə daxil olar. Qəbrin qaranlığı, Nəkir və Münkərin sual-cavabı, qəbir əzabı, müxtəlif heyvanların hücum etməsi... qəbirdə insanın başına gələ bilən hadisələrdir.

İnsan gərək dünyada olan zaman özünü belə bir səfər üçün hazırlasın. Bu yerdə namaz insanın yardımına çatar.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm Mələyi mənə demişdir: “Hər kəs beş vacib namazın vaxtlarına diqqət etsə, mən ona qarşı anasından da mehriban olaram””.

İmam Sadiq (ə) buyurur: “Gecə qaranlığında qəbir əzabından (xilas olmaq) üçün iki rükət namaz qıl”.

Ölüm Mələyi qəbirdə namaz qılan insandan şeytanı dəf edər. O dəhşətli anlarda tövhidi və şəhadətləri ona təlqin edər.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – Ölüm Mələyi yanında şəfaətçi, qəbirdə munis, qəbirdə yaxşı yataq və Nəkir ilə Münkərin suallarına cavabdır”.

İmam Baqir (ə) buyurur: “Hər kim öz rükusunu kamil və düzgün yerinə yetirərsə, qəbir əzabının ona yolu olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir bəndə yoxdur ki, namazın vaxtlarına və günəşin vəziyyətinə diqqət edər, məgər o halda ki, ölən zaman rahatlığı, qəmlərin və narahatlıqların aradan getməsini, atəşdən xilas olmağı onun üçün zəmanət edərəm”.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı sahibi üçün qəbirdə çıraqdır”.

Bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, namaz – qəbirdə insana çıraq ola biləcək ən gözəl əməldir.

Əgər namazqılan namazın vaxtlarına diqqət etsə və onları əvvəl vaxtda yerinə yetirsə, rükusunu kamil şəkildə yerinə yetirsə, gecə namazı qılsa – Allah onun qəbrini nurani edəcəkdir.

Ölüm Mələyi ona qarşı mehriban olacaq və ona şəhadətləri təlqin edəcəkdir.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930