İlahi əzabı necə dəf etmək olar?
Mьəllif: Admin
Tarix: 18-05-2021, 23:09
İlahi əzabı necə dəf etmək olar?
Əzabın mənası – cəza, işgəncə, ağrılı dərd yaratmaqdır.

Quran təlimlərinə əsasən, o kəslər ki, dinin buyurduqlarına əməl etmirlər – əzab ilə nəsihət alırlar. Ayətullah Behcət buyurur: “Allahın əzabı qeyb aləmində mələklər vasitəsilə həyata keçər. Allaha diqqət edib, nalə çəkməklə əzabı aradan qaldırmaq olar”.

Qurani-Kərim buyurur: “Lakin, nə qədər ki, sən onların içindəsən, Allah onlara əzab verməyəcəkdir. Həmçinin nə qədər ki, onlar istiğfar edirlər (Allahdan bağışlanmalarını istəyirlər) Allah onlara əzab verən deyildir”. (“Ənfal” 33).

Başqa yerdə buyurulur: “Bəs nə üçün Bizim əzabımız onlara yetişəndə, boyun əymədilər və yalvarıb-yaxarmadılar? Əksinə, onların qəlbləri daşlaşdı və şeytan etdiklərini (günahları) bəzəyərək, onlara gözəl göstərdi”. (“Ənam” 43).

“Elə ki, onlar (Yunusun qövmü) iman gətirdilər, rüsvayedici və alçaldıcı əzabı dünya həyatında onlardan götürdük və onları müəyyən bir müddətə qədər (həyat nemətindən) bəhrələndirdik”. (“Yunus” 98).

Bəli, bu deyilənlərdən belə nəticəyə gəlmək olur ki, İlahi əzabı dəf etmək mümkündür və onun yollarını bizə Quran öyrədir. Buyurur ki, istiğfar edərək, boyun əyərək, yalvarıb-yaxararaq əzabı özünüzdən dəf edə bilərsiniz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930