Şeytan (lən) öz toxumlarını hara qoyur?
Mьəllif: Admin
Tarix: 18-05-2021, 23:06
Şeytan (lən) öz toxumlarını hara qoyur?
Mübarək dinimiz buyurur ki, o çirkin fikirlər ki, hələ əməl libası geyinməmişdir – günah hesab olunmur. Ancaq yaxşı əməllər də deyildir. Və əgər insan yaxşı niyyətlərini hətta həyata keçirməsə belə, ona savab yazılır.

Əlbəttə, bu, o demək deyildir ki, insan fikirlərində azad olmalıdır. İstədiyi qədər günah mövzuları barəsində düşünməyə ixtiyarı vardır. Xeyr, belə deyildir. Dinimiz buyurur ki, günah fikirlərindən uzaq olun, çünki bu fikirlər tezliklə əmələ çevrilə bilir.

İmam Əli (ə) buyurur: “O kəs ki, günah barəsində çoxlu düşünər – bu günah onu özünə tərəf çağırar”.

Günah fikir ona bənzəyir ki, evdəki odundan ancaq tüstü çıxır və odlanmır. O zamana qədər ki, atəş yanmaz, o ev və ya otaq yanmaz. Ancaq tüstüsü evi qaraldar və tüstüyə boğar. O zaman ki, atəş şölələnər – həm qəlb və həm də qəlbin sahibi yanar.

Ona görə də bizim məsuliyyətimiz vardır. Təfəkkür və fikirlərimizə görə məsuliyyət daşıyırıq. Bu səbəbdən yerinə yetirdiyimiz hər bir əmələ görə məsuliyyət daşıyırıq.

“(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)”. (“İsra” 36).

“Həqiqətən iman gətirənlərin arasında çirkin əməlin yayılmasını (birinin pis işinin faş olmasını və ya həmin pis əməlin cəmiyyətdə yayılmasını) sevənlər (və bu istiqamətdə fəaliyyət göstərənlər) üçün dünya və axirətdə ağrılı bir əzab vardır. Allah (onun pis nəticə və aqibətini) bilir, siz isə bilmirsiniz”. (“Nur” 19).

“Aşkar və gizlin günahı (əməl və qəlb günahını və ya aşkarda və xəlvətdə edilən günahı) tərk edin! Şübhəsiz, günah qazananlar tezliklə mürtəkib olduqları şeyin müqabilində cəzalandırılacaqlar”. (“Ənam” 120).

Bu deyilənlərdən də aydın olduğu kimi, şeytan insanın fikirlərinə toxum qoyar. Çalışar ki, insanı günah fikirləri vasitəsilə bataqlığa sövq etsin. Əgər insan bu fikirləri əmələ çevirərsə, lənətlik şeytanı sevindirər.

Yox, əgər bu fikirlərdən xilas olarsa, şeytan məqsədinə çatmaz. İnsanın bütün yaxşı və pis əməlləri təfəkkürünün məhsuludur. Ona görə də günah fikirlərindən uzaq olun və yaxşı niyyətlər edib, yaxşı işlər barəsində düşünün.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930