Uca Allahı imtahana çəkmək necə olur?
Mьəllif: admin1
Tarix: 3-03-2021, 21:50
Uca Allahı imtahana çəkmək necə olur?
İmam Cəfər Sadiq (ə) nəql edir: “Bir gün İsa (ə) bir yüksəklikdə dayanmışdı. İblis ona əyan olur və deyir: “Sən ki, deyirsən Allah hər şeyə qadirdir, bu yüksəklikdən özünü yerə at ki, Allah səni saxlasın”.

Həzrət (ə) buyurur: “Layiqli deyildir ki, bəndə Allahı imtahana çəksin. Odur ki, bəndələrini imtahana çəkər. O möcüzəni Allah mənə icazə vermişdir, ancaq buna icazə verməmişdir”.

Həzrət İsa (ə) bir gecə Nasiriyyə şəhərində idi və ev sahibi Həzrətə (ə) deyir: “Şəhərdə bir neçə xəstə vardır ki, həkimlər onları müalicə etməkdən acizdirlər. Əgər icazə versəniz, onları sizin xidmətinizə gətirərəm”.

Həzrət İsa (ə) qəbul edir.

Səhər olan kimi xəstələri Həzrət İsanın (ə) yanına gətirdilər ki, onlara şəfa versin. Onların sayı təxminən on nəfər idi.

Həzrət (ə) buyurur: “Xəstələriniz elə bu on nəfərdir?”.

Deyirlər ki, bəli.

Həzrət (ə) deyir: “Əgər bu şəhərin sağlamları bu sayda olsaydı, mənim üçün təəccüblü olardı”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930