Tələskənlik faydalıdırmı?
Mьəllif: admin1
Tarix: 1-03-2021, 21:19
Tələskənlik faydalıdırmı?
Dini təlimlərə əsasən, tələskənlik – məzəmmət olunmuş sifətlərdəndir ki, möminə yaraşdırılmır.

İmam Əli (ə) buyurur: “Tələskənlik bədbəxtlik və həlakətə səbəb olar”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Tələskənlik büdrəmə ilə birlikdə olar”.

İmam Əli (ə) buyurur: “Tələskən insan – xatakardır, baxmayaraq ki, işi nəticəyə çatarsa belə. Mətin və vüqarlı insan – dürüstkardır, baxmayaraq ki, həlakətə çatsa belə”.

İmam Əli (ə) vəsiyyətində buyurur: “Sənə danışıq və rəftarında tələskənliyi qadağan edirəm”.

İmam Baqir (ə) buyurur: “Həmin tələskənlik insanları həlakətə salmışdır. Əgər insanlar tələsməsəydilər, heç kəs həlak olmazdı”.

İmam Sadiq (ə) buyurur: “Salamatlıq – sabitlik və hüzurun girovundadır. Peşmanlıq – tələsməyin səmərəsidir”.

İmam Əli (ə) buyurur: “Mətin insan gec və ya tez nəticəyə çatacaqdır. Tələskən insan gec və ya tez xataya düşəcəkdir”.

İmam Baqir (ə) buyurur: “Mətanət və hüzur – Allahdandır, tələskənlik – şeytandandır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930