Qurana qulaq asmağın savabı nədir?
Mьəllif: admin1
Tarix: 19-02-2021, 18:01
Qurana qulaq asmağın savabı nədir?
Qurani-Kərim elə bir nurdur ki, hara nur saçsa – istər az və istərsə də çox – həmin yeri nurani edəcəkdir.

Bu səbəbdəndir ki, Quran oxuya bilməyənlərə də Qurana qulaq asmaq tövsiyə edilmişdir.

İnsan Qurandan müxtəlif cür bəhrə apara bilər. Ona nəzər sala bilər, onu oxuya bilər, onu əzbərləyər, ona qulaq asa bilər...

Bu əməllərin hər birinin savabı və əcri vardır. Qurana qulaq asmağın da savabları çoxdur.

İmam Səccad (ə) buyurur: “Hər kim Allah Kitabından bir hərf eşidər, baxmayaraq ki, özü oxumaz, Allah onun üçün həsənə yazar. Günahlarından birini məhv edər və məqamını bir dərəcə yüksəldər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim Quranı eşidər, Allah hər hərfə görə onun üçün bir həsənə yazar. Onu Quran oxuyub yuxarı qalxanların zümrəsində məhşur edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Quranı oxuyan və Qurana qulaq asan – mükafatda bərabərdirlər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Allah, Quranı eşidəndən dünya bəlasını dəf edər. Quran oxuyandan isə axirət bəlasını”.

İmam Həsən Əsgəri (ə) buyurur: “Hər kim Qurandan bir ayəyə qulaq asarsa və ona etiqad bəsləyərsə – savabı Allah yolunda infaq edilən bir anbar qızıldan daha çox olar”.

Qurani-Kərimdə buyurulur: “Qur’an oxunan zaman ona qulaq asın və susun ki, bəlkə rəhm olundunuz”. (“Əraf” 204).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930