Şeytanın (lən) övladları kimə deyilir?
Mьəllif: admin1
Tarix: 2-02-2021, 21:00
Şeytanın (lən) övladları kimə deyilir?
Qurani-Kərimdə şeytanın (lən) övladlarına işarə edən ayələrdən biri də budur:

“Mən onları (şeytanı və övladlarını) nə göylərin yaradılmasında və nə də öz yaradılışlarında şahid tutdum (ki, yaradılışda Mənə kömək etsinlər və öz hallarından xəbərdar olsunlar). Mən heç vaxt (insanları doğru yoldan) azdıranlardan kömək götürən olmamışam”. (“Kəhf” 51).

Bu mübarək ayədə şeytanın övladlarına işarə edilmişdir. Bəzi təfsirçilərin nəzərinə görə, şeytanın övladları deyildikdə, o məlunun davamçıları olan insanlar nəzərdə tutulur. Lakin əksər təfsirçilər buyurur ki, şeytanın övladları vardır və övlad sözü çox az hallarda onun davamçılarına şamil edilir.

İblis (lən) cin nəslindən olduğu üçün bədəni maddidir və ona görə də övlad sahibi ola bilər. Onlar bizim gözümüzdən gizlidirlər. Biz onlar haqqında məlumatı Məsumlar (ə) vasitəsilə almışıq.

Beləliklə deyə bilərik ki, şeytanın da insan kimi övladı olur. Onun da övladları şeytanın işini davam etdirir və insanları yolundan azdırırlar.

Biz onları görməsək də, onlar haqqında hədislər vasitəsilə məlumat alırıq.


/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930