Möminin zinəti nədədir?
Mьəllif: admin1
Tarix: 29-01-2024, 10:29
Möminin zinəti nədədir?
3 şey vardır ki, möminin iftixar mənbəyidir və dünya və axirət zinətidir.

Əvvəla, gecə namazı. Gecə namazı haqqında Quran buyurur: “Çünki gecə vaxtı edilən ibadət daha möhkəm və daha sabitdir, danışıq baxımından da daha düzgün və daha əlverişlidir”. (“Muzzəmmil” 6).

Gecə namazı Həzrət Peyğəmbərə (s) vacib olsa da, bizim üçün müstəhəb bir əməldir. Bu, bizim fəxrimizdir ki, belə bir zinətimiz vardır.

İkincisi, insanların əlində olandan ümidsiz olmaqdır. Belə ki, insanların əlində olanlara qarşı heç bir tamahımız olmasın.

Əgər mal istəyiriksə, hümmətimizi yüksəltməli və Allahdan istəməliyik. Bu zaman bizim Allaha yolumuz, başqalarından daha asan olacaqdır.

Üçüncüsü budur ki, Əhli-Beyt (ə) vilayətini qəbul edək. Əhli-Beyt (ə) davamçısı olaq və Quranın, İtrətin davamçısı olaq.

Bəli, hər kimdə bu üç sifət olarsa, həqiqi mömin olar. Həqiqi mömin Allaha hamıdan daha yaxın olar.

(Ayətullah Cavadi Amulinin əxlaq dərslərindən)


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930