Duanın həyatımıza 7 təsiri
Mьəllif: admin1
Tarix: 26-01-2021, 20:59
Duanın həyatımıza 7 təsiri
Duanın insan həyatına bir çox müsbət təsirləri vardır ki, onlarla tanış olaq:

1. Tərbiyəvi rola malikdir. Dua insanı istəklərinə çatdırdığı kimi, həm də tərbiyəvi rola malikdir. Hər kim Allahla rabitə qurar, istər-istəməz ümidsiz işlərə diqqət etməz və Allahın rəhmətinə ümid bəsləyər. Bilər ki, bu dünya fanidir və əbədi dünya üçün səy göstərər.

Bu zaman insan tərbiyə olunar.

2. Ruhi hüzur gətirər. İnsanın ruzi nigarançılıqlarının çoxu, çətinliklərini həll edə bilməməsindən irəli gəlir. O zaman ki, Allaha təvəkkül edər və Ona ümid bəsləyərik, bu nigarançılıqlar aradan gedər və yerini hüzura verər. Tədqiqatlar göstərir ki, o kəslər ki, Allaha iman bəsləyirlər, daha sağlam ruha malikdirlər.

3. Müqavimət. İmam Sadiq (ə) buyurur: “Uca mərtəbəli Allah nə zaman bəndəsini sevər – onu çətinliklərə salar, narahatlıqları yağış kimi onun üstünə yağdırar.

Nə zaman pərişanlıqların aradan getməsi üçün dua edər, Allah ona cavab verər və buyurar: “Mənim sənin istəyini yerinə yetirməyə qüdrətim vardır. Ancaq əgər səbir etsən, axirətdə sənin üçün hazırladığım daha yaxşıdır””.

4. Müsbət düşüncəli olmaq. Duanın ədəbində də deyildiyi kimi, inanclı insanın imanı olmalıdır. Ancaq bu zaman Allah onun duasını eşidər və istəklərinə cavab verər.

O şey ki, onun xeyirinədir, əta edər. Ona görə də o kəs ki, dua məqamında qərar tutur – gərək duasının yerinə yetəcəyinə ümidi olsun.

Çünki o kəsdən istəyini istəmişdir ki, hər şeyə qadirdir və qüdrət sahibidir. Nəticədə insan başa düşər ki, Allah onun pənah yeridir və bu insan ətrafındakılara qarşı müsbət düşüncəli olar.

5. Günahdan uzaq olmaq. Duanın şərtlərindən biri – günahı tərk etməkdir. İmam Əli (ə) nəql edir: “Allah İsaya (ə) vəhy edir:

“O kəs ki, bəndələrimdən birinə zülm etmişdir, Mən onun duasını eşitmərəm. O kəsin ki, boynunda Mənim haqqım olar, duasını yerinə yetirmərəm o zamana qədər ki, haqqımı geri qaytarar””.

6. Haramxorluqdan uzaq olmaq. Duanın şərtlərindən biri – yediklərinə diqqət etmək və haramdan çəkinməkdir. Əgər insan duasının göyə qalxmasını istəyirsə, gərək yediklərinə diqqət etsin.

Əyninə geydiyi paltarın hansı pulla alınmasına diqqət etsin. Bilməlidir ki, haram pul elə bir zəhərdir ki, insanın həm cismini və həm də ruhunu məhv edər. Ona görə də hədislərimiz buyurur ki, əgər duanın yerinə yetməsini istəyirsənsə, haram tikədən uzaq dur.

7. Axirət mükafatı. Dua, ibadət hesab olunur. İmam Rza (ə) buyurur: “Elə bir mömin yoxdur ki, mömin bacı və qardaşları və ya müsəlman kişi və qadınlar üçün – istər ölmüş olsun, istərsə də diri – dua edər, məgər o halda ki, Allah Qiyamətə qədər hər bir mömin kişi və qadının sayı qədər (onun üçün) həsənə qeydə alar”.


/Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930