Asqırmaq yaxşıdır, ya pis?
Mьəllif: admin1
Tarix: 19-01-2021, 22:28
Asqırmaq yaxşıdır, ya pis?
Həzrət İmam Rza (ə) buyurur: “Allah Öz bəndəsinə çox sayda nemət əta etmişdir. Ancaq bəndə bədəni sağlam olan zaman bu nemətləri unudar. Allaha şükür etməz.

Buna görə də Allah onun bədənində olan havaya əmr edər ki, burnundan xaric olsun.

Bu səbəbdən göstəriş verilmişdir ki, bu halda Allahı həmd edin ki, bu həmd – o unudulmuş nemətlərin şükrünün əvəzidir”.

Yəni, bəndə asqıranda “Əlhəmdulilləh” deyərkən, nemətə görə unudulmuş şükrü deyir.

İmam Baqir (ə) buyurur: “Asqırmaq yaxşıdır, çünki insana Allahı xatırladar və bədən üçün faydalıdır”.

Həzrət Peyğəmbər (s) buyurur: “Xəstənin asqırması, onun sağalmasının və bədəninin rahatlamasının nişanəsidir”.

İmam Sadiq (ə) buyurur: “Hər kim asqırarsa, yeddi gün ölməkdən amanda olar”.

Həzrət İmam Sadiq (ə) başqa yerdə buyurur: “Çox asqırmaq insana beş xəstəlikdən aman verər: xora, üz iflici, gözdən su axması, burun tüklərinin çoxalması, gözdə tükün bitməsi”.

İmam Rza (ə) buyurur: “Asqiran və heyvan öldürən zaman Peyğəmbərə (s) salavat göndərmək lazımdır”.

İmam Rza (ə) buyurur: “Əsnəmək – şeytandandır və asqırmaq isə aləmlərin Allahı tərəfindəndir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930