Bu əməllə xəstə sağalar, ruzi enər, borc qaytarılar, yoxsulluq aradan gedər
Mьəllif: admin1
Tarix: 19-01-2021, 22:16
Bu əməllə xəstə sağalar, ruzi enər, borc qaytarılar, yoxsulluq aradan gedər
Uca Allah öz səma kitabı olan Quranda infaqın faydalarını zikr etmiş və bizləri ona təşviq etmişdir. Onu çox faydalı və mənfəət gətirən ticarət adlandırmışdır.

“Şübhəsiz, Allahın kitabını daim oxuyan və namaz qılan, ruzi olaraq onlara verdiklərimizdən (Allah yolunda) gizli və aşkar xərcləyənlər, əsla kasadlığı və ziyanı olmayan bir ticarətə ümidvardırlar ki, Allah onların mükafatlarını mükəmməl şəkildə əta etsin və Öz lütfündən onlar(ın mükafatların)ı artırsın. Çünki, O, çox bağışlayan, (qədir bilən) və təşəkkür (şükür) edəndir”.(“Fatir” 29-30).

Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

“Və sizin hər hansı birinizi ölüm haqlayıb (dünyadan getmək anı çatanda): «Ey Rəbbim, niyə məni(m ölümümü) yaxın bir müddətədək təxirə salmadın ki, sədəqə verərək salehlərdən olaydım?!» – deməmişdən öncə sizə ruzi olaraq verdiklərimizdən (Allah yolunda) xərcləyin!”. (“Munafiqun” 10).

Allah infaq əhli olmayan bəndələri barəsində buyurur: “Ey iman gətirənlər, şübhəsiz, kitab əhlinin alimlərindən və rahiblərindən bir çoxu camaatın mallarını haqsız yerə (Tövrat və İncili təhrif etmək və rüşvət almaq bahasına) yeyirlər və (camaatı) Allahın yolundan saxlayırlar.

(Kafirlərdən, yaxud müsəlmanlardan) qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən (onda olan vacib haqqı ayırmayan və qalanını ümmətin iqtisadiyyatının güclənməsinə sərf etməyən) kəslərin hamısını ağrılı bir əzabla müjdələ”. (“Tövbə” 34).

Hədislərdən belə nəticəyə gəlmək olur ki, infaqın təsiri insana elə bu dünyada nazil olar. O kəs ki, Allah yolunda xərcləyər, təsirini elə bu dünyada görəcəkdir. Ancaq eyni zamanda onu axirətdə gözəl mükafat gözləyir.

Həzrət Peyğəmbər (s) buyurur: “Ruzini sədəqə verməklə yerə endirin”.

İnfaqın təsirlərindən biri də budur ki, xəstəliklərə şəfa verər. Həzrət Peyğəmbər (s) buyurur: “Xəstələrinizi sədəqə verərək müalicə edin”.

Həmçinin infaq etmək insan ömrünü uzadar və pis ölümü dəf edər. İmam Baqir (ə) buyurur: “Həqiqətən, ehsan və yaxşı əməl, sədəqə vermək yoxsulluğu aradan aparar və ömrü uzadar. Ehsan edən və sədəqə verən pis ölümün 70 növündən nicat tapar”.

İnfaqın təsirlərindən biri də budur ki, insan borcunu qaytarar. İmam Sadiq (ə) buyurur: “Sədəqə, borcu qaytarmağı hazır edər, bərəkət qoyub gedər”.

İnfaq etmək övladların gələcəyini təmin edər. İmam Sadiq (ə) buyurur: “Elə bir bəndə yoxdur ki, gözəl şəkildə sədəqə verər, məgər o halda ki, Allah ondan sonra övladlarını gözəl canişin edər”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930