Həmd ilə şükrün fərqi nədədir?
Mьəllif: admin1
Tarix: 30-12-2020, 23:12
Həmd ilə şükrün fərqi nədədir?
Həmd – yaxşılıqlar qarşısında sitayiş etməkdir. İstər həmin yaxşılıqlar sitayiş edənə çatar, yoxsa yox.

Ancaq şükür o nemətlər qarşısında təşəkkür etməkdir ki, həmin nemət həmin insana çatar.

İslam dini insanı vadar edir ki, batininə nəzər salsın və insanlıq həqiqətini aşkar etsin. İnsan ancaq bu maddi bədəndə həbs edilməmişdir, onun sonsuz ömrə malik olan ruhu vardır.

Əgər insanlıq həqiqəti üzə çxıarsa, insan şərhi-sədr əldə edər. Şərhi-sədri Allahın nuruna və Allahın rənginə bənzədilər.

“Buna görə də məgər Allahın, sinəsini İslam(ı qəbul etmək) üçün açdığı, beləliklə də (həyatı boyu) Rəbbi tərəfindən bir nura (etiqad və əməl yollarını işıqlandıran dinə) əsaslanan kəs (qəlbi zülmətdə olan kəs kimidir)?”. (“Zumər” 22).

Uca Allah başqa yerdə buyurur: “Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar.

Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o, əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar”. (“Ənam” 125).

Birinci ayənin nəzərinə görə, sinə ona görə açılır ki, Allah nurunu qəbul etsin.

İkinci ayə isə hidayəti sinənin açılması kimi tanıtmışdır. Yolunu azmağı, ruhun daralması kimi mənalandırmışdır.

Hər bir halda deyə bilərik ki, həmd – insanın yaxşılıqlar qarşısında sitayiş etməsidir, baxmayaraq ki, həmin yaxşılıqlar birbaşa ona çatmasa belə.

Ancaq şükür odur ki, Allah insana nemət verər və həmin nemət insana çatar. Bəndə də ona çatan nemətə görə şükür edər.

Hər kim həmd və şükür əhli olar – şərhi-sədrə malik olar. Allah qəlbini genişləndirər və onu Öz nuru üçün açar. Hər kimin şərhi-sədri olar – həm həmd və həm də şükür əhli olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930