Belə insanlara görə, cəmiyyətə bəla nazil olmur
Mьəllif: admin1
Tarix: 22-12-2020, 21:32
Belə insanlara görə, cəmiyyətə bəla nazil olmur
Həzrət Peyğəmbərin (s) nəzərinə görə, insaflı olmaq bəlanı insandan uzaqlaşdırar və İlahi qəzəbin qarşısını alar.

Həzrət Rəsuli-Əkrəm (s) buyurur: “İnsanlarla insaflı rəftar et. Onlarla xeyirxah və mehriban ol. Çünki əgər belə olsan, Allah sən yaşadığın diyarın insanlarına qəzəblənsə və onlara əzab nazil etmək istəsə – sənə nəzər salar, sənə xatir insanlara rəhm edər”.

İnsafın başqa bərəkətlərindən biri də budur ki, əcəli təxirə salar.

İnsaf, ağıldan daha çox bəhrələnməyə səbəb olar. Peyğəmbərimiz (s) buyurur: “Hər kimə danışıqda doğruçu olmaq, rəftarda insaf, valideynə yaxşılıq etmək, sileyi-rəhm ilham olarsa – onun əcəli təxirə düşər. Ruzisi çox olar, ağlından bəhrələnər. İlahi məmurlar sual verdikləri zaman lazımi cavab ona təlqin olunar”.

İmam Əli (ə) buyurur: “İnsaf – ən üstün dəyərdir”.

Əmirəlmöminin (ə) yenə buyurur: “Ən adil insan o kəsdir ki, ona zülm etmiş kəslə insafla rəftar edər”.

Həzrət (ə) yenə buyurur: “Hər kim insanlarla insafla rəftar edərsə, Allah onun izzətini artırar”.
(İslami saytlara istinadən)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930