Hacətin qəbulu üçün səyful-qati namazı necə qılınır?
Mьəllif: admin1
Tarix: 21-12-2020, 22:05
Hacətin qəbulu üçün səyful-qati namazı necə qılınır?
Səyful-qati namazı – hacətin yerinə yetməsi üçün qılınan namazlardandır. Adından da göründüyü kimi, bu namaz hacəti kəsici qılınc kimi yerinə yetirir. Bu namaz cümə gecəsində qılınan namazdır və iki rükətlidir.

İşa namazından sonra boş bir məkanda yerinə yetirilər. Hacət üçün qılınar.

Namazın qılınma qaydası:

Birinci rükətdə “Həmd”dən sonra “Ənam” surəsi əvvəlinci ayədən sonuncu ayəsinə qədər oxunar. Sonra təkrar olaraq əvvəlinci ayədən 93-cü ayəyə qədər oxunar və rükuya gedilər.

İkinci rükətdə “Həmd”dən sonra “Ənam” surəsi 94-cü ayədən son ayəsinə qədər oxunar. Namaz sona çatdırılar.

Sonra 1000 dəfə salavat zikr edilər.

Sonra Allahdan hacət istənilər.

Bu namazı ayaq üstə qalmağa çətinlik çəkənlər, oturaq halda da qıla bilərlər. Bu namazda “Ənam” surəsini Quranın üzündən oxumaq olar.

Hacətinizi bəyan etdikdən sonra, Allaha şükür edin.

Allah qəbul eləsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930