Allahdan qorxaq, yoxsa özümüzdən?
Mьəllif: admin1
Tarix: 16-12-2020, 14:12
Allahdan qorxaq, yoxsa özümüzdən?
İmam Əli (ə) bir nəfərə baxır və onun üzündə qorxunun əlamətlərini görür. Ondan soruşur: “Nədən qorxursan?”.

Kişi deyir: “Allahdan qorxuram”.

İmam Əli (ə) buyurur: “Ey Allah bəndəsi! Günahlarından və Allah bəndələrinə etdiyin zülmlərə görə Allahın ədalətindən qorx.

Allaha itaət et! Bundan sonra Allahdan qorxma! Çünki, O, heç kəsə zülm etməz, heç bir zaman heç kəsi layiq olduğundan artığı ilə cəzalandırmaz”.

“Ey iman gətirənlər, Allahdan qorxun! Hər kəs (özünün) sabah(ı) üçün qabaqcadan nə göndərdiyinə (qəlb gözü ilə) nəzər salmalıdır. Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır!”. (“Həşr” 18).

Yəni, insan Allahdan qorxmaq dedikdə, öz əməllərinin aqibətindən qorxmalıdır. İnsanların haqqını basmamalı, heç kəsə zülm etməməli, haram iş görməməlidir.

Bu nöqtəyə diqqət etmək lazımdır ki, Allah nə zalımdır və nə də boş yerə kiməsə zülm edər. Nə kiminsə haqqını zay edər və nə kiməsə layiq olduğundan artığı qədər cəza verər.

Əslində insan Allahın rübubi sifətindən qorxmalıdır. Hər kim Allahın bu sifətinə diqqət edər, özünü gücsüz hesab edər və təkəbbürü aradan gedər. O, Allaha təslim olar və Ona itaət edər.

Allah zalım deyildir ki, ondan qorxaq. Allah bağışlayan və mehribandır. Bəndələrin çox az günahlarına görə onları cəzalandırar, əslində onların çoxunu bağışlayar.

Amma əslində Allahdan çəkinməyin bir çox faydaları vardır. Onlardan biri də budur ki, insan daima özünün nəzarətdə olduğunu bilər.

Ona görə də əməllərinə diqqət edər və günaha tərəf getməz. Hər kimin qorxusu çox olarsa, əməllərinə nəzarəti də bir o qədər çox olar.

“Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar”. (“Ənfal” 2).

“Amma kim öz Rəbbinin məqamından, Onun hüzurunda durmaqdan qorxub və nəfsini həvayi-həvəsdən saxlamışsa, Şübhəsiz, onun yeri Cənnətdir”. (“Naziat” 40-41).

“Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan (Mənim cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür”. (“İbrahim” 14).

Beləliklə, deyə bilərik ki, insan gərək Allahdan deyil, öz əməllərindən qorxsun və çalışsın ki, insanlara zülm etməsin. Allahın rübubiyyət sifətindən qorxsun və daima ona nəzarət edənin olduğu həqiqətini qəbul etsin. Ona görə günahdan çəkinsin və əməllərini nəzarətdə saxlasın.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930