Yalanı necə tərk etmək olar?
Mьəllif: admin1
Tarix: 5-12-2020, 10:40
Yalanı necə tərk etmək olar?
Yalan – ruhi bir xəstəlikdir ki, müxtəlif amillərin sayəsində meydana gələr. Məsələn, yalan danışan insan elə bilir ki, əgər doğru danışsa şəxsiyyətini əldən verə bilər, yaxud, abrı gedər və ya başqa ziyan çəkər.

Ona görə də yalan danışaraq yeni bir şəxsiyyətə malik olmağa, vəziyyəti dəyişməyə çalışar.

Bu səbəbdən hər kim yalanı tərk etmək istəyirsə, ilk olaraq onun yaranma amillərini müəyyən etməlidir. Ondan sonra bu yalan vasitəsilə etdiyi günahlara diqqət etməlidir.

Axirətdə onlara görə cəzalanacağından agah olmalıdır. Yalanın ziyanlarını və zərərlərini görəndən sonra yalandan əl çəkə biləcəkdir.

Alimlər yalan danışmağı tərk etmək üçün 3 yol təklif edirlər ki, onlarla tanış olaq:

1. Həyatın hər anından və baş verənlərdən agah olmaq, qəflətdən uzaq olmaq və hisslərə qələbə çalmağa çalışmaq.

2. Sükut etməyi öyrənmək, ancaq zəruri olan hallarda düşünərək danışmaq.

3. Danışmazdan əvvəl təfəkkür etmək – dil günahlarının aradan getməsinə yardım edər.

Bu üç yoldan istifadə edək və Allahdan yardım istəyək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930