Necə bilək ki, Allah bizdən razıdır, ya yox?
Mьəllif: admin1
Tarix: 3-12-2020, 16:46
Necə bilək ki, Allah bizdən razıdır, ya yox?
İnsanların ən böyük çətinliklərindən biri də budur ki, digər insanların razı olmasını, Allahın razı olmasından daha mühüm bilirlər. Amma insan bilməlidir ki, insanın qəlbi – Allahın rəhmətinin və ya qəzəbinin aynadakı təcəllisidir.

İnsan öz fitrətinə və qəlbinə müraciət edərək başa düşə bilər ki, Allah ondan razıdır, yoxsa narazıdır.

Əgər qəlbdə günah törətməyin sarsıdıcı təsiri qalarsa və insan kamil şəkildə peşman olarsa, Allah günahın həmin təsirlərini aradan qaldırar və tövbəni qəbul edər.

Bir dəstə insan İmam Kazımın (ə) xidmətinə gəlirlər və soruşurlar: “Haradan bilək ki, Allah bizdən razıdır, ya yox?”.

Həzrət (s) buyurur: “Allah buyurmuşdur: “Mənim bəndələrimə de: “Bilin ki, nə zaman Məndən razı oldunuz, Mən də sizdən razıyam””.

Tövbənin qəbul olması üçün, onun şərtlərinin yerinə yetirilməsi şərtdir. Əgər insan nəsuh tövbəsi edərsə, o zaman onun tövbəsi qəti şəkildə qəbul olunar.

Tövbənin qəbul olmasının ən mühüm şərtləri bunlardır:

1. Səmimi qəlbdən peşman olmaq və ikinci dəfə bu günahı etməmək qərarına gəlmək.

2. İstiğfar və bağışlanma istəmək.

3. Keçmiş əməlləri cubran etmək, əgər boynunda haqqun-nas varsa – onu əda etmək.

4. Zay edilmiş bütün vacibatları yerinə yetirmək.

Beləliklə deyə bilərik ki, əgər tövbənizin qəbul olmasını bilmək istəyiriksə, qəlbimizə müraciət edək. Əgər qəlbimiz mütməindirsə və qəlbimizdə yüngüllük hiss ediriksə, deməli tövbəmiz qəbul olunmuşdur.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930