İnsan niyə əbədi yaşaya bilməz?
Mьəllif: admin1
Tarix: 28-11-2020, 22:00
İnsan niyə əbədi yaşaya bilməz?
Əbu Şakir dövrünün ən məşhur alimlərindən olmuşdur. O, İmam Sadiqlə (ə) münazirə etmiş və İmamın (ə) elminə heyran qalmışdır. Onların münazirə etdikləri mövzulardan biri də ölüm mövzusu olmuşdur.

İmam (ə) ölümün fəlsəfəsini ona başa salmışdır. Belə ki, İmam (ə) buyurmuşdur: “Nadan insanların nəzərində ziyanlı görünən əqidələrdən biri də ölümlə bağlıdır.

Ancaq insanın ölməsi məsləhət üzərindəndir. Əgər ölüm olmasaydı, bəşər növü aradan gedərdi. Qədim alimlər ki, ölümü aradan qaldırmağa çalışmışdılar, səhv etmişdilər. Mən gələcək alimlərə də tövsiyə edirəm ki, ölümü aradan qaldırmağa çalışmasınlar.

Bir anlıq düşün. Tutaq ki, ölüm mövcud deyildir. İnsan bilir ki, həmişə yaşayacaqdır. Bu zaman zalım çalışacaqdır ki, zəifin əlində olan malları mənimsəsin və qeyri-məhdud həyatında sərvətə malik olsun.

Zəiflər onlarla mübarizəyə qalxmaq istəyəndə onları məhv edər. Bu yolla bəşər növü aradan getmiş olacaqdır.

Əgər ölüm olmasa, bəşər ölməz. Çox kiçik bir zamanda insanların sayı o qədər artacaqdır ki, insanlar bütün canlıları yeyəcəklər. Bəlkə aclıqlarını aradan qaldırmaq üçün, hətta həmnövlərini belə yeyəcəklər”.

Əbu Şakir deyir: “Sizin ölüm barəsindəki sözləriniz məni heyran etdi”.

İmam (ə) buyurdu: “Nə üçün?”.

Əbu Şakir: “Sizin sözünüzdən belə başa düşülür ki, biz hər nə qədər tez olsa intihar etməliyik. Çünki Allahın məsləhəti belədir ki, insan ölsün”.

İmam (ə): “O kəs ki, intihar edər – Allahın qanununun əksinə əməl edər. Çünki Allah bizə əmr etmişdir ki, canımızı qorumaq üçün səy göstərək.

Canı qorumağın yollarından biri budur ki, yeyən və içən zaman ifrat etməyək. Çünki bu zaman insan təbii ömrünü sona çatdırmaz.

Bu səbəbdən cəddim buyurmuşdur: “Qarnınızı canlıların qəbri etməyin””.

Əbu Şakir: “Bu sözün mənası nədir?”.

İmam (ə): “Yəni, əti çox yeməkdən çəkinin”.

Əbu Şakir: “Mən ət yeməyi sevirəm və ondan çəkinə bilmirəm”.

İmam (ə): “Demir ki, ümumiyyətlə ət yeməyin. Bəlkə çox yeməkdən çəkinin”.

Əbu Şakir: “Niyə?”.

İmam (ə): “Çünki əti çox yemək bəzi insanlarda ani ölümə səbəb olur”.

Əbu Şakir: “Bu, ilk dəfədir ki, belə söz eşidirəm”.

İmam (ə): “Demirəm ki, ət yemək ani ölümə səbəb olur. Bəlkə deyirəm ki, əti çox yemək bəzi insanlarda ölümə səbəb olur. Ona görə mümkündür ki, kimsə əti çox yesin və ani ölümlə ölməsin”.

Əbu Şakir: “Ani ölüm dedikdə, məqsədiniz nədir?”.

İmam (ə): “Şəxs zahirdə sağlamdır. Ancaq qəfildən huşdan gedir və ölür”.

Əbu Şakir: “Məgər mümkündürmü ki, insan zahirdə sağlam olsun, ancaq əslində xəstə olsun?”.

İmam (ə): “Bəli, elə kəslər vardır ki, həqiqətən xəstədirlər. Ancaq özlərində onun təsirini hiss etmirlər”.

Əbu Şakir: “Mən bunu qəbul edə bilmirəm ki, insan xəstə olmamış ölsün”.

İmam (ə): “Sən bir şeyi görməyincə onu qəbul etmirsən. Çünki indiyə qədər kiminsə ani ölümlə ölməyini görməmisən. İnanmırsan ki, insan ani ölümlə ölə bilər. Ancaq bil ki, ani ölümün üç növü vardır: biri beyinlə bağlıdır, biri ürəklə bağlıdır, biri isə qanla bağlıdır”.

Əbu Şakir: “Niyə bizim beynimiz, ürəyimiz və qanımız bizi bir dəfəyə məhv edir?”.

İmam (ə): “Ani ölümün hər bir növünün sonu qan laxtalanması ilə olar. Qan laxtalanması da əti çox yeməyə görədir. O zaman ki, insan onu yeməkdə ifrat edər, bu zaman qan laxtalanar, beyində, ürəkdə və ya qanda naqisliklər meydana gələr və insanı məhv edər”.

Əbu Şakir: “Ölümün səbəbi nədir?”.

İmam (ə): “İki şey ölümə səbəb olar:

1. Xəstəlik.

2. Qocalıq.

Əgər insan sağlam da olsa, qocalıq vasitəsilə ölər. Yunanın qədim həkimlərindən biri olan Beqrat demişdir ki, qocalıq da bir növ xəstəlikdir. Bir gün onun əlacı tapılsa, insan ölməz.

Əbu Şakir: “Bizim həkimlər qocalığı müalicə edə bilmirlər”.

İmam (ə): “Bəli. Mən bu əqidədəyəm ki, həkimlər bu xəstəliyi heç bir zaman müalicə edə bilməyəcəklər”.

Əbu Şakir: “Haradan bilirsiniz ki, qocalıq xəstəliyi müalicə olunası deyildir?”.

İmam (ə): “Ölüm – Allahın istəyi ilədir. Onun qüdrət və məsləhəti ölümü meydana gətirmişdir”.

Əbu Şakir: “Bəs deyirlər ki, bəzi peyğəmbərlər cavidan ömrə malikdirlər və indi də sağdırlar, nə deməkdir?”.

İmam (ə): “Bu mövzuya inanma. İndiyə qədər elə bir insan dünyaya gəlməmidir ki, ölməsin. Əgər indi sağdırlarsa, dedikləri əfsanədən başqa bir şey deyildir”.




/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930