Yalanın 20 ziyanı – hədislərin nəzərinə görə
Mьəllif: admin1
Tarix: 21-11-2020, 21:11
Yalanın 20 ziyanı – hədislərin nəzərinə görə
Məsumlarımız (ə) öz buyuruşlarında yalanı həmişə məzəmmət etmiş və onun ziyanlarından söz açmışdılar. Bu hədislərdən bəzisinə işarə edək:

1. Yalançının imanı yoxdur.

2. Yalan qumardan daha pisdir.

3. Yalançı Allahın düşmənidir.

4. Yalançının üzü qaradır.

5. Yalan şərabdan da pisdir.

6. Yalançının ağzının iyi üfunətlidir.

7. Allah Təala yalançını lənətləyər.

8. Yalançının ağzının iylənmiş iyi ərşə çatar.

9. Yalan imanı xarab edər.

10. Yalan, imanın dadını dadmağa mane olar.

11. Yalan sinələrdə kin toxumu əkər.

12. Bir yalana görə, 70 min mələk yalançını lənətləyər.

13. Yalan, nifaqın əlamətidir.

14. Yalan ən pis riyadır.

15. Yalan unutqanlıq gətirər.

16. Yalan – nifaq qapılarından biridir.

17. Yalançı qəbirdə xüsusi əzaba düçar olacaqdır.

18. Yalan, yalançını gecə və gündüz namazlarından məhrum edər.

19. Yalan – ən böyük xəbislikdir.

20. Yalan, sahibini həlak edər.

Allah Təala bu mənfur sifətdən cəmi iman əhlini uzaq etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930