İnsan Allaha hansı yanlış vədələri verir?
Mьəllif: admin1
Tarix: 6-11-2020, 12:37
İnsan Allaha hansı yanlış vədələri verir?
Sirr deyil ki, bütün insanlar sözünə əməl edən insanları sevirlər. Fərqi yoxdur ki, harada yaşayır. İnsanlar məhz sözünə əməl edən insanlarla ünsiyyət qurmağı xoşlayırlar.

Sözünə əməl etməyənlərə isə nifrət edirlər. Çünki hesab edirlər ki, bu insanlar etimad ediləsi deyildirlər.

Əgər indiyə qədər yaxınlarınıza verdiyiniz sözləri tutmamışsınızsa, onlar sizi sözünə əməl etməyən insanlar kimi tanıyarlar. Bu əməl sizin Allahla rabitənizə də mənfi təsir göstərər.

Allah da bu cür insanları sevmir. Ancaq Allah mehriban olduğu üçün bəndəsinin bu sifətinə göz yumur və ondan rəhmətini çəkmir. Lakin əgər insan bu əməlinə davam etsə, şeytanı (lən) sevindirər.

Bir gün şeytanın bu səsini eşidər ki, deyir: “«Həqiqətən, Allah sizə haqq vəd verdi (onların hamısı gerçəkləşdi). Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım (heç biri həyata keçmədi).

Mənim (dünyada) sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz.

Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz.

Mən bundan qabaq məni itaətdə Allaha şərik qoşmağınıza kafirəm. Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır»”. (“İbrahim” 22).

Bizim Allaha verdiyimiz bəzi sözlərə diqqət edək ki, yerinə yetirmirik.

1. Əgər mənə saleh övlad versən, Sənə şükür edənlərdən olacağam. Ancaq o zaman ki, Allah insana saleh övlad verir, insan verdiyi sözü unudur. Belə deməyə başlayır:

“Əgər bizim övladımız sağlamdırsa, ata və anasına oxşamışdır”.

“Əgər övladımız gözəldirsə, qardaşına bənzəmişdir”.

“Əgər övladımız sağlamdırsa, onu yaxşı qidalandırdığımıza görədir”.

Nəticədə şirkə səbəb olarlar.

“Beləliklə, elə ki, (Allah) o ikisinə (sağlam və) saleh bir övlad əta etdi, onlara verdiyi şey barəsində Ona şərik qoşdular. (Əgər onlar bu işdə bütləri də təsirli bilsələr – zahiri şirkə, yox əgər səbəblərə arxalanaraq əsas səbəbkarı yaddan çıxarsalar – gizli şirkə düçar oldular.

Bu iki ayə cəmiyyətin əksəriyyətinin halını şərh edir ki, onlar ya zahiri şirkə, ya da gizli şirkə düçardırlar).

Allah Ona şərik qoşulan şeydən çox-çox ucadır”. (“Əraf” 190).

2. Əgər zəngin olsam, yoxsullara yardım edəcəyəm. İnsan yoxsul olan zaman Allaha davamlı olaraq dua edir ki, ona sərvət yetirsin.

Əgər Allah ona sərvət versə, o da yoxsullara yardım edəcəkdir. Ancaq o zaman ki, Allah onlara sərvət verər, onlar verdikləri sözü unudarlar.

“Beləliklə, elə ki, (Allah) Öz lütfündən onlara əta etdi, ona xəsislik etdilər və (qəlbən) dönük olaraq üz çevirdilər”. (“Tövbə” 76).

3. Əgər çətinliyim həll olsa, yaxşı insan olacağam. Allah Təala insanın bu istəyini də yerinə yetirər və insan yenə də verdiyi sözə əməl etməz.

“Sizi quruda və dənizdə gəzdirən Odur. Nəhayət, siz gəmilərdə olan və gəmilər öz sərnişinlərini xoş və mülayim bir küləyin vasitəsilə hərəkət etdirən və onlar ondan xoşhal olduqları zaman, (birdən) həmin gəmilərə şiddətli bir külək əsər, (dənizin) dalğa(sı) hər tərəfdən onlara çırpılar və onlar (dalğaların və bəlanın) mühasirəsində olmalarına yəqinlik edərlər, (o halda) iman və etiqadda saf niyyətlə Allahı çağırarlar ki: «Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq»”. (“Yunus” 22).

Allah Təala bizləri vədinə əməl edənlərdən qərar versin!



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930