Təbii bəlalar – günahların kəffarəsidir
Mьəllif: admin1
Tarix: 11-10-2023, 10:46
Təbii bəlalar – günahların kəffarəsidir
Bəzən təbii hadisələr zahirdə bəla kimi görünür. Ancaq qəribə səslənsə də, bunlar batində nemətdir. Biz onu ayırd edə bilmirik.

Bəzən bu bəlalar – günahlarımızın kəffarəsidir. Bəzən də nemətləri tanımaq səbəbi olur. O zamana qədər ki, insan neməti əldən verməz – həmin nemətin qədrini bilməz.

Allah heç kəsi yersiz yerə bəlaya düçar etməz. Ona görə də bəlası rəhmətdir və dərdləri dərmandır.

Həmçinin, Allah kamala çatmaq istəyən insana bəzən günahlarını göstərməlidir. O zaman ki, insan Allaha itaətsizlik edər – əməlin acı nəticələri ilə tanış olar.

Allaha üz çevirər və bu zaman bəla onun üçün rəhmətə çevrilər.

Uca Allah Müqəddəs Quranda buyurur: “İnsanların öz əlləri ilə etdikləri (böyük günahlar) üzündən suda və quruda fəsad (zəlzələ, tufan, qıtlıq, xəstəlik, müharibə, qətl, əmniyyətsizlik) aşkar olur. Bununla (Allah) onlara etdiklərinin bəzisini daddırır ki, bəlkə Allaha tərəf qayıtsınlar”. (“Rum” 41).

Hədislərimizin də buyurduğu kimi, bəlanın nazil olmasının şərtlətindən biri – insanların işlətdikləri böyük günahlardır.

“Kumeyl” duasında oxuyuruq: “Allahım! Mənim o günahlarımı bağışla ki, nemətləri dəyişdirir.

Allahım! Mənim o günahlarımı bağışla ki, bəlanın nazil olmasına səbəb olar”.

Beləliklə demək olar ki, təbii bəlaların baş verməsinin ən mühüm səbəblərindən biri – insanların işlətdikləri kəbirə günahlardır.

Allah-Təala məhz bəla vasitəsilə onları cəzalandırır və istəyir ki, bəla vasitəsilə günahlarını yusunlar. Nemətləri əldən verib, Allaha tərəf üz çevirsinlər.

Ondan bağışlanma istəyib, tövbə etsinlər. Nemətlərin qədrini bilsinlər və Ona küfr etməsinlər. Bəli, bu cür bəlalar insanların günahlarının kəffarəsi olar.

Uca Allah bizləri bəla ilə cəzalandırmasın. Bəlaya səbəb olan günahlarımızı bağışlasın. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930