Muhəmməd (s) və ali-Muhəmmədin (ə) fəzilətlərindən danışanların məqamı
Mьəllif: admin1
Tarix: 19-10-2020, 21:46
Muhəmməd (s) və ali-Muhəmmədin (ə) fəzilətlərindən danışanların məqamı
Peyğəmbəri-Əkrəmdən (s) belə nəql olunur:

ما مِن قَومٍ اِجتَمَعوا يَذكُرونَ فَضائِلَ مُحَمَّدٍ وآلِ مُحَمَّدٍ إلاّ هَبَطَتِ المَلائِكَةُ مِنَ السَّماءِ حَتّى اُلحِقوا بِهِم بِحَديثِهِم، فَإِذا تَفَرَّقوا عَرَجَتِ المَلائِكَةُ إلَى السَّماءِ، فَيَقولُ لَهُمُ المَلائِكَةُ الاُخَرُ: إنّا نَشُمُّ رائِحَةً مِنكُم ما شَمَمنا رائِحَةً أطيَبَ مِنها، فَيَقولونَ: إنّا كُنّا عِندَ قَومٍ يَذكُرونَ فَضلَ مُحَمَّدٍ وآلِ مُحَمَّدٍ فَعَطَّرونا مِن ريحِهِم، فَيَقولونَ: اِهبِطوا بِنا إلَيهِم، فَيَقولونَ: إنَّهُم قَد تَفَرَّقوا، فَيَقولونَ: اِهبِطوا بِنا إلَى المَكانِ الَّذي كانوا فيهِ.

Bir yerə toplaşıb, Muhəmməd və ali-Muhəmmədin fəzilətlərindən danışan hər qrup və topluya səmadan mələklər enib qoşular və onlarla həmsöhbət olar. Onlar dağıldıqda, mələklər də səmaya qalxarlar.

Bu zaman (onlarla qarşılaşan) digər mələklər deyərlər: “Sizdən elə gözəl qoxu gəlir ki, indiyə qədər duymamışıq.”

Onlar deyərlər: “Biz bir qrup adamın hüzurunda olduq ki, onlar Muhəmməd və ali-Muhəmmədin fəzilətlərindən danışırdılar və biz də onların ətirlərindən ətirlənmişik.”
Qarşıdakı mələklər deyərlər: “Bizi də onların yanına endirin.”

Onlar deyərlər: “Həmin qrup artıq dağılıb.”

Qarşıdakı mələklər deyərlər: “(Onda) bizi onların toplaşdığı yerə endirin.” (“Ehqaqul-həqq”, c.18, səh.522.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930