Allaha şükür edən bəndə, nə zaman naşükür sayılır?
Mьəllif: admin1
Tarix: 14-10-2020, 22:43
Allaha şükür edən bəndə, nə zaman naşükür sayılır?
İnsan Allaha verdiyi nemətlərinə görə şükür etməlidir.

Allah Təala buyurur ki, həm Mənə verdiyim nemətlərə görə şükür et və həm də Mənim nemətimi sənə verən məxluqa şükrümü yerinə yetir.

Belə ki, Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: “Qiyamət günü bəndəni Allah dərgahına gətirərlər. Allah onun barəsində əzab hökmünü verər.

Bəndə deyər: “Allahım! Mənim barəmdə cəhənnəm əmrini vermisən, halbuki mən dünyada müsəlman və Quran qarisi olmuşam”.

Allah buyurar: Mənim bəndəm! Sənə nemətlər vermişəm və sən onların şükrünü yerinə yetirməmisən”.

Bəndə deyər: “Allahım! Filan neməti vermişdim, mən də ona görə şükür etmişəm. Filan neməti vermişdin, ona görə şükür etmişəm”.

Bir-bir nemətləri saymağa başlayır.

Allah buyurur: “Mənim bəndəm! Düz deyirsən! Sən mənim nemətimi sənə çatdıran kəsin şükrünü etməmisən.

Mən də Özümlə əhd bağlamışam ki, bəndəmə verdiyim nemətlərin şükrünü qəbul etməyim, o zamana qədər ki, Mənim nemətimi ona çatdıran kəsin şükrünü etməyənəcən”.

İmam Əli (ə) buyurur: “O kəs ki, sənə nemət verər – şükrünü əda edərsən. Əgər qəlbində səndən razı olarsa, şükrün onun razılığını və vəfasını artırar.

Əgər sənə qəzəbli olarsa, şükrün onun məhəbbətinə səbəb olar”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930