İnsan qəfləti necə azalda bilər?
Mьəllif: admin1
Tarix: 14-10-2020, 22:41
İnsan qəfləti necə azalda bilər?
Qəflət bəzən ixtiyari olur, bəzən də ixtiyarsız.

Dinimizin məzəmmət etdiyi qəflət – ixtiyari qəflətdir. Yəni, o yerdə ki, biz diqqət etməliyik, amma etmirik.

İxtiyari qəflət 3 cür olur:

1. Allahı yada salmaqdan qəflət etmək.

2. Allahın ayələrindən və nişanələrindən qəflət etmək.

3. Axirətdən qəflət etmək.

Qəfləti azaldan amillər ilə tanış olaq:

1. Müşahidə və inanc. Uşaq bilmir ki, atəş yandırandır və rahatlıqla ona yaxınlaşa bilir. Hətta əlini atəşin içərisinə belə salır.

Beləcə də kəs ki, öz varlığı ilə bağlı agahlığa malik deyildir, Allah, özü və başqaları qarşısındakı vəzifələrini bilmir – şübhəsiz ki, qəflətdə olacaqdır.

Ona görə də hər kim doğru inanca malik olar və özünü və məqamını tanıyarsa, daha az qəflətdə olar.

2. Dünya işləri. Biz insanlar ətrafımızda baş verənlərə qarşı çox reaksiyalar veririk. Buna görə saatlar və günlərlə məşğul ola bilirik.

Mənəvi işlərdən qafil oluruq. Ona görə də dünyaya Allahı tanıma gözü ilə baxmaq lazımdır və hər bir yerdə onun nişanələrini görməyə çalışmaq lazımdır.

Bunun üçün nə etməliyik?

a). Təfəkkür əhlindən olmalıyıq.

b). Zikr əhlindən olmalıyıq.

c). Moizələrə qulaq asmalıyıq.

d). Nəsihət eşidib, xeyirxahlıq etməliyik.

e). Özümüzü islah etməliyik.

3. Alimlərlə görüşmək. Gündəlik proqramınızı elə qurun ki, alimlər və saleh dostlarla görüşəsiniz. İnsan elə şəxslərlə oturub-durmalıdır ki, ona Allahı yada salsın.

4. Xəstələri ziyarət etmək. İnsan xəstə ziyarətinə gedən zaman öz sağlamlıq nemətinin qədrini bilər. Bu da insanın imanını artırar.

5. Cənazə mərasimində iştirak etmək.

6. Məsumların (ə) və alimlərin qəbirlərini ziyarət etmək.

7. Əxlaq kitablarını oxumaq.

8. Ariflərin halını mütaliə etmək.

9. Etidala riayət etmək.

Allah Təala bizlərə bu tövsiyələrə riayət etmək tofiqatını nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930