Təvazökarlığın insana verdiyi bəhrələr
Mьəllif: admin1
Tarix: 14-10-2020, 10:11
Təvazökarlığın insana verdiyi bəhrələr
Təvazökarlıq odur ki, insan özünü başqalarından üstün bilməsin və digər insanlara dəyər versin.

Təvazökarlığın əks mənası təkəbbürdür.

Təvazökarlığın insan həyatına təsirləri çoxdur. O cümlədən:

1. Başıucalıq mənbəyidir. Həzrət Peyğəmbər (s) buyurur: “Təvazökarlıq bəndənin başıucalığını artırar. Ona görə də təvazökarlıq edin ki, Allah sizə rəhmət etsin”.

2. Tərəqqi üçün pilləkəndir. İmam Əli (ə) buyurur: “Təvazökarlıq – şərafət və böyüklük pilləkənidir”.

3. Nəzmə səbəb olar. İmam Əli (ə) buyurur: “Təvazökarlıq ilə işlər nizamlı olar”.

4. Məhəbbət gətirəndir. İmam Əli (ə) buyurur: “Təvazökarlığın meyvəsi – mehribanlıqdır”.

Təvazökarlıq o fəzilətli sifətlərdəndir ki, həyatda insanı müvəffəq edər və insanların sevimlisi olar. Allah da bu cür bəndəsini sevər və ona nemətlər əta edər.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930