Həsədi necə müalicə etmək olar?
Mьəllif: admin1
Tarix: 13-07-2020, 23:05
Həsədi necə müalicə etmək olar?
Həsəd elə ruhi xəstəlikdir ki, həm sahibinə və həm də həsəd apardığı şəxsə ziyanlar vurar. Həsədin ən çox ziyanı elə öz sahibinə dəyər.

Çünki onun rahatlığını əlindən alar, imanını məhv edər və insanlar arasında etimadını itirər.

Bu insanın tək hədəfi – qarşı tərəfə ziyan vurmaq olar. Ona görə də daha ali hədəflərdən qafil qalar və qəflət içərisində ölər.

Bu insan mahiyyət baxımından dindən uzaqlaşmış sayılar. Çünki imanı həsəd apardığı üçün məhv olmuşdur.

Bəs nə edək ki, həsəd bizdən əl çəksin?

1. Həsədin cismə və ruha vurduğu ziyanlar barəsində düşünmək. Həsəd aparan hər zaman qəm və qüssə içərisində olar. O, başqalarının nemətini görən zaman içi yanıb-yaxılır.

2. Həsədin dünya və axirət ziyanları barəsində düşünmək. Həsəd – dinin bəlasıdır.

Həsəd imanı məhv edər, insanın Allah Təalanın vilayətindən xaric olmağa səbəb olar. Əməllərin, tövbənin, duanın qəbul olmasına mane olar. Həsəd bir çox günahların mənşəyidir.

3. Həsəd aparan insan bilməlidir ki, ona bu dünyada nəsib olan hər şey – İlahi hikmət əsasında olmuşdur.

Onun az şeyə və başqalarının çox nemətə malik olması İlahi hikmət əsasında baş vermişdir. Bu, İlahi imtahandır.

4. Həsədin ziddini yerinə yetirmək. Həsəd insanı çirkin əməllərə dəvət edər, insan gərək onun yerinə yaxşı əməllər yerinə yetirsin.

Həsəd aparan insan təkəbbür etmək yerinə təvazökarlıq etsin. Düşmənçilik yerinə başqaları ilə dost olsun.

5. Allah Təala ilə münacat etsin. Allahla münacat etmək – həsədi aradan aparmağın ən təsirli yollarından biridir.

İmam Səccad (ə) buyurur: “Allahım! Sənə pənah aparıram hərisliyin tufanından, qəzəbin şölələnməsindən, həsədin qalib olmasından”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930