Xas bəndələrə xas inayətlər
Mьəllif: admin1
Tarix: 27-05-2020, 22:45
Xas bəndələrə xas inayətlər
1. Həzrət İbrahimə (ə) atəşin sərinləşməsi:

قُلْنَا يَا نَارُ كُونِي بَرْدًا وَسَلَامًا عَلَى إِبْرَاهِيمَ

“Biz: “Ey atəş! İbrahimə sərin (və zərərsiz) ol!” – deyə buyurduq.” (“Ənbiya”, 69.)

2. Həzrət Davud (ə) üçün dəmirin yumşalması:

وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ وَأَلَنَّا لَهُ الْحَدِيدَ

“Həqiqətən, Biz Davuda Öz dərgahımızdan bir lütf bəxş edib: “Ey dağlar, ey quşlar! Onunla (Davudla) birlikdə Allahı təqdis edib şəninə təriflə deyin!” – deyə buyurduq və dəmiri onun üçün yumşaltdıq.” (“Səbə”, 10.)

Həzrət Davud (ə) dəmiri əritmədən əlində mum kimi yumşaldıb istədiyi şeyi ondan düzəldirdi.

3. Həzrət Süleyman (ə) üçün küləyin ram edilməsi:

فَسَخَّرْنَا لَهُ الرِّيحَ تَجْرِي بِأَمْرِهِ رُخَاء حَيْثُ أَصَابَ

“Biz küləyi ona (Süleymana) ram etdik. Külək onun əmri ilə istədiyi yerə rahatca gedirdi.” (“Sad”, 36.)

4. Həzrət Saleh (ə) üçün dağdan dəvənin çıxarılması:

إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ

“Biz onları imtahana çəkmək üçün bir dişi dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!” (“Qəmər”, 27.)

5. Həzrət İsanın (ə) əli ilə palçıqdan olan surətin quşa çevrilməsi:

وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ

“Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürürəm, o da Allahın iznilə quş olur…” (“Ali-İmran”, 49.)

6. Asəf ibn Bərxiyanın zamana hakim olması:

قَالَ الَّذِي عِندَهُ عِلْمٌ مِّنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَن يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ

“(Süleyman taxtın daha tez gətirilməsini istədi.) Kitabdan bir qədər xəbəri olan birisi (Süleymanın canişini Asəf ibn Bərxiya) dedi: “Mən onu sənə bir göz qırpımından da tez gətirərəm…!” (“Nəml”, 40.)

7. Həzrət Məryəm (s.ə.) üçün ağacın meyvə gətirməsi:

وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا

“(Qurumuş) xurma ağacını özünə tərəf silkələ, üstünə təzə yetişmiş (xurma) tökülsün!” (“Məryəm”, 25.)

8. Həzrət Musa (ə) və onun qövmü üçün dənizin quruması:

وَلَقَدْ أَوْحَيْنَا إِلَى مُوسَى أَنْ أَسْرِ بِعِبَادِي فَاضْرِبْ لَهُمْ طَرِيقًا فِي الْبَحْرِ

“Həqiqətən, biz Musaya belə vəhy etdik: “Bəndələrimlə gecə yola çıx, (əsanı suya vurmaqla) onlar üçün dənizdə quru bir yol aç...” (“Taha”, 77.)

9. Həzrət Peyğəmbər (ə) üçün ayın iki hissəyə bölünməsi:

اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ

“O saat yaxınlaşdı və ay (Peyğəmbərin işarə və möcüzəsi ilə) parçalandı.” (“Qəmər”, 1.)


Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930