Quran insanla danışır, Füzeyllə danışdığı kimi
Mьəllif: admin1
Tarix: 27-05-2020, 00:25
Quran insanla danışır, Füzeyllə danışdığı kimi
Füzeyl ibn Ayaz gecə vaxtı oğurluq üçün bir evə daxil olmaq istəyirdi.

Hasarın üstündə gördü ki, qonşusu Quranın bu ayəsini oxuyur: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” (Hədid surəsi, ayə 16.)

Füzeyl öz-özünə dedi: Bir ömür batil və nəfsi istəklərin ardınca getmisən. Tövbə etməyinin vaxtı çatmayıbmı?!

Bu ayə onun qəlbini silkələdi. Dedi: İlahi! Gecənin bu vaxtı çarəsiz Füzeyl ilə söhbət edirsən! Mən o kəsəm ki, “La ilahə illəllah” dedim, amma qəlbimin sorağına getmədim.

Qəlbimi abad etməmişəm. Xaşe deyil və günahla qaralıb. İndi gecənin yarısı mənimlə danışırsan?!

Diqqətlə qulaq assanız, Quran ayələri insanla danışır. Füzeyl elə divarın üstündə ikən tövbə etdi. Aşağı endi və divarın yanında səcdəyə düşdü. Öz dostlarına dedi: Mənim yanımdan dağılışın. Mən artıq qabaqkı Füzeyl deyiləm və dəyişmişəm.

Ustad Füruği


(İslamazeri.com)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930