Quran oxumağın ədəb qaydaları
Mьəllif: admin1
Tarix: 18-05-2020, 19:21
Quran oxumağın ədəb qaydaları
Ramazan ayı – Quranın baharıdır. Hər kim bu ayda bir ayə oxuyarsa, başqa aylarda bir Quran xətm etmiş kimi olur.

Quran oxumağın ədəb qaydaları vardır ki, onlarla tanış olaq:

1. İmam Baqir (ə) buyurur: “Hər kim Quranı namazında ayaq üstündə oxuyarsa, Allah hər hərfə görə 100 həsənə yazar. Hər kim onu namazda əyləşən zaman oxuyarsa, Allah hər hərfə görə 50 həsənə yazar. Hər kim onu namazdan qeyrisində oxuyarsa Allah hər hərfə görə 10 həsənə yazar”.

2. İmam Sadiq (ə) buyurur ki, hər kim evinə gələr və Quran oxumaqla məşğul olarsa, Allah ona hər hərfə görə 10 həsənə verər və 10 günahını bağışlayar.

3. İmam Baqir (ə) buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Hər kim hər gecə 10 ayə oxuyarsa, qafillərdən və xəbərsizlərdən yazılmaz.

Hər kim 50 ayə oxuyarsa, zakirlərdən yazılmış olar.

Hər kim 100 ayə oxuyarsa, qanitanlardan yazılmış olar.

Hər kim 200 ayə oxuyarsa, mütilərdən yazılmış olar.

Hər kim 300 ayə oxuyarsa, xilas olmuşlardan yazılar.

Hər kim 500 ayə oxuyarsa, müctəhidlərdən yazılmış olar.

Onlar o kəslərdir ki, Allah itaətində və ibadətində səy göstərərlər””.

4. İmam Sadiq (ə) buyurur: “Hər kim Allah Kitabından bir hərfə qulaq asarsa, baxmayaraq ki, onu oxumaz, Allah hər hərfə görə bir həsənə yazar və bir günahını məhv edər. Dərəcəsini bir dərəcə artırar.

Hər kim onun bir hərfini öyrənərsə, Allah onun üçün on həsənə yazar. On günahını məhv edər və dərəcəsini on dərəcə qaldırar”.

5. İmam Sadiq (ə) buyurur: “Hər kim Quranı üzündən oxuyarsa, gözünün aydın olmasından bəhrə aparar. Ata və anasının əzabı yüngül olar, baxmayaraq ki, kafir olsa belə”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930