Ustad Әsğәr Tahirzadә kimdir?
Mьəllif: admin1
Tarix: 22-04-2020, 22:51
Ustad Әsğәr Tahirzadә kimdir?
Ustad Әsğәr Tahirzadә 1330-cu hicri şәmsi ilindә (miladi 1952) anadan olmuşdur. O, 1972-ci ildә İsfәhan Universitetinin geologiya fakultәsinә daxil olmuş, elә hәmin ildә Ayәtullah Xomeyninin fikri әsasları vә “Fәqihin Vilayәti” kitabı ilә tanış olduqdan sonra öz hәyatının әhatә dairәsini yalnız din olaraq tәyin etmişdir.

Ustad Tahirzadә universitetdәn ayrıldıqdan sonra Tehrandakı mühəndislik şirkәtlәrindәn birindә işlәmәklә yanaşı, hövzә elmlәrinin təhsilinə dә başlamışdır.

Şәhid Beheştinin tövsiyəsi ilә tәlim-tәrbiyә nazirliyindә müxtәlif rәhbәr vәzifәlәrdә işlәməklə bərabər, Qumda hövzә mütaliələrini davam etdirmişdir.

Onun әsas diqqәt mәrkәzindә olan şey dәrin vә saf İslam mədəniyyətin yönәlmә, onun dәrkidir. Buna görә dә özü üçün şәri mәsuliyyәtin icrasını vacib görmәdiyi vaxtlarda sahib olduğu işi başqalarına tapşırmağı bacarmışdır.

Şәxsәn isә dini tәdris sahәsindә fәaliyyәt göstәrmişdir ki, buna Quranın vә Nәhcül-Bәlağәnin tәfsiri, mәsumlardan nәql olunan rәvayәtlәrin şәrhi dәrslәrini misal göstәrmәk olar.

Hәmin dәrslәr hәlә dә davam edir. Әsğәr Tahirzadә öz düşüncәlәrindә, əsasən, Molla Sədranın Mütәaliyә fəlsəfəsindən, Muhyiddin ibn Әrәbi irfanından tәsirlәnmişdir.

Ustad öz dini təfəkkür və ictimai fəaliyyətində Ayәtullah Xomeyni, Әllamә Tәbatәbai, Ayәtullah Cavadi Amuli kimi böyük fәqih, filosof vә ariflәri özünə nümunə qәrar vermişdir.

Onun universitet və tədris mərkəzlərində olan elmi fəaliyyətlərinin tamamı həmin inancın (yuxarıda adları çəkilən alimlərdən təsirlənmənin) davamı sayılır.

Ustad 6 il ərzində Əllamə Təbətəbainin “Əl-Mizan” təfsirini mənimsəmişdir. Əl-Mizan əsəri haqqında elə həddə araşdırma aparmışdır ki, onun barəsində belə məşhur bir cümlə də var: “Məndən eşitdiyiniz hər bir cümlənin ünvanını “Əl-mizan”ın cildlərinin səhifələri arasında sizə göstərə bilərəm”. Buna görə də İsfəhan vilayətində ustadı daha çox Quran müfəssiri və “Əl-Mizan” tədqiqatçısı kimi tanıyırlar.

O, Şəhid Mütəhhərinin əsərlərinin tamamını mütaliə etmiş və onun kitablarının oxumağın önəmini vurğulamışdır.

Əsğər Tahirzadə “Üsuli-kafi” kitabını da oxumuş və şagirdlərinə onu tamamilə gözdən keçirmələrini tövsiyə etmişdir.

Ustad 10 ilə yaxın zamanda Ayətullah Cavadi Amulinin dərslərində əyləşmiş, ümumilikdə 25 il müddətində onun əsərlərini tədqiq etmişdir. Ustad Tahirzadə Cavadi Amulini elmin və təfəkkürün zirvəsi bilir və heç kimin ondan daha yüksəkdə olmadığı qənaətinə gəlmişdir.

Əsğər Tahirzadə digər böyük bir arif Əllamə Həsənzadənin tələbəsi olmuş və 5 il boyunca onun evinə gedib-gəlmişdir. Həmçinin 8 ay müddətində Əllamə Cəfəriyə tələbəlik etmişdir. Ustad həmin tələbəlik müddəti haqqında buyurur: “O, 8 ayda elə bir önəmli şey olmadı ki, ustad mənə tədris etməmiş olsun”.

Ustadın Molla Sədranın “Əsfar” adlı əsərinə elə bir marağı vardır ki, həmin kitabın 8-ci cildini şərh etmişdir. O irfani bəhsləri və Muhyiddin ibn Ərəbinin irfani dünyagörüşünü Əllamə Cavadi Amulinin yanında oxumuş və “Füsus-əl-Hikəm” kitabını xüsusi sevgisi vardır. Həmçinin qərb fəlsəfini də mənimsəmiş, bu mövzuda xüsusi dərslər vermişdir.

“Nəhcul-Bəlağə”yə olan meyli elə tərzdədir ki, uzun illər ondan dərs demişdir.

Ustad həmçinin əhli-sünnə kitablarını oxumuş, öz əsərlərində onlardan sitatlar gətirmişdir.

Əsğər Tahirzadə həmçinin mərhum Şəhid Avini, mərhum Mədəd Purun bəhslərini araşdırmış, Seyyid Hüseyn Nəsrin kitablarını tədqiq etmişdir.

Ustad həmçinin psixologiya elminə yönəlmiş, bəzən isə o elmi sahəni tənqid etmişdir.

Ustadın əsərləri son illərdə bir çox ölkələrdə, o cümlədən ölkəmiz Azərbaycanda xüsusi sevgi və maraqla qarşılanmışdır. Elə buna görədir ki, artıq müəllifin hazırda üç kitabı (“Gizli öz”, “Modernizm və xəyali cəmiyyət”, “Varlıq aləmində cin, şeytan və cadugərin (sehirbazın) yeri”) dilimizə tərcümə edilmişdir. Digər əsərlərinə də ehtiyac yarandıqca, zaman və şəraiti nəzərə alaraq tərcümə olunacaqdır.

Hazırladı: Eltun Həmid
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930