Biz bütün bunların öhdəsindən gələcək qədər güclüyük...
Mьəllif: admin1
Tarix: 27-03-2020, 21:11
Biz bütün bunların öhdəsindən gələcək qədər güclüyük...

Bu gün virusun yaratdığı vəziyyətlə bağlı tibbi göstərişlərdən əlavə psixoloji dəstəyə də böyük ehtiyac var. İnsanaların ruhlandırılmaq, ümid və pozitiv enerjiyə ehtiyacları var.

İstisnaları çıxmaqla bir çox sosial şəbəkə istifadəçiləri və mediyalar bu aralar sadəcə olaraq “qan ağlayırlar”, insanlara verdikləri “ŞOK ŞOK” başlıqlı xəbərləri ilə başqa bir qorxu və vahimə yaradırlar. Bəli bəzən qorxu yaratmaqla məsələnin daha ciddiyə alınmasını istəyirlər. Bu da doğrudur, ancaq biraz da pozitiv enerji vermək lazımdır insanlara.

Corona virus bir yana bir də bunun sayəsində yaranan stress, depressiya, qorxu, təşviş və bədbinlik də cəmiyyətdə başqa bir bəla olub.

Bəlkə də bu gün virusdan çox cəmiyyət yaranmış vahimədən qorxur. Bəli virusdan qorunmaq üçün bütün qaydalara xüsusilə karantin məsələsinə diqqət edək, ancaq bunun kənarında psixoloji sağlamlığımızı da qoruyaq.

Nəzərə almaq lazımdır ki, qorxu, ümidsizlik, stress və depressiya halları insana həm fiziki həm də psixoloji zərbə vurur. Bəzi elmi araşdırmalara görə adı çəkilən neqativ hallar insanın immun sistemini və xəstəliklərə qarşı müqavimətini zəiflədir, eyni zamanda xəstə insanların da tez bir zamanda sağlamlığa qovuşmasına mane olur.

Başqa bir araşdırmaya görə bədbin və ümidsiz insan öz sağlamlığının qayğısına daha az qalır, spirtili içki və siqaretə daha çox bağlanaraq öz sağlamlığına təhlükə yaradır.

Bundan əlavə hazırkı karantin durumu insanların sosial təcrid olunmasına səbəb olub. 1987-ci ildə “Science” jurnalında çap olunmuş bir hesabatda qeyd olunur ki, bir insanın sosial təcrid olunması ölüm hallarına səbəb olan amillər sırasında siqaret çəkmək, yüksək qan təzyiqi, piylənmə və hərəkət çatışmazlığı qədər təhlükəlidir.

Bunların əksinə pozitiv hallar isə insana müsbət təsir edir, nümunə olaraq “Ümid” həyatın çətinlikləri qarşısındakı müqaviməti və dözümlülüyü çoxaldır.

Ümid ciddi xəstələrə belə müsbət təsir edir. İflic insanların üzərində aparılan bir araşdırmada qeyd olunur ki, 20 yaşlarında onurğa sümüyünün zədələnməsi nəticəsində iflic olan insanlar arasında ümidini itirməyən şəxslər başqaları ilə müqayisədə zamanla daha çox fiziki hərəkətliliyə nail olublar.

Bütün bunları nəzərə alaraq özümüzü və ətrafımızdakıları qorumaq üçün fiziki və psixoloji olaraq möhkəm olaq, ruhumuzu yüksək tutaq, mübarizə aparaq, ümidli olaq, qaydalara riayət edək və bir də dua edək.

Bəli dua edək, əlbəttə dua dediyimiz passivlik gətirən və heç bir iş görmədən işi Allahın öhdəsinə qoymaq deyil.

Dua yəni insan övladının aciz qaldığı anlar Uca Tanrıdan yardım istəməsi, dua yəni Allaha üz tutaraq, İlahi biz edə biləcəyimizi etdik bundan sonrasına özün yardım et, deməkdir.

Çətin günlərin ömrü az olar və beləcə həyatı axınına buraxaq, onsuz da zamanla hər şey keçib gedəcək...

Evdəqal

Möhkəmol

İlahiyyatçı Hacı Kamran Məmmədov

Ahlibeyt.ge
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930