Allah icazə vermişdir ki, möminlər görüşən zaman Onun bu adını hədiyyə etsinlər
Mьəllif: admin1
Tarix: 10-03-2020, 18:01
Allah icazə vermişdir ki, möminlər görüşən zaman Onun bu adını hədiyyə etsinlər
Həzrət Peyğəmbərin (s) İmam Əliyə (ə) etdiyi vəsiyyətdə oxuyuruq: “Üç şey günahların örtülməsinə səbəb olar: aşkarda salam vermək, yemək (ehsan) vermək, insanlar yatan zaman gecə namazı qılmaq”.

Deməli, aşkarda salam vermək – gecə namazı qılmaq kimi xüsusiyyətlərə malikdir.

Salam vermək – İslam dininin sünnələrindən biridir ki, dinimiz ona çox əhəmiyyət verir. Hər bir müsəlman bu sünnəni diri saxlamalı və ona əməl etməlidir.

Salam verməyin də başqa şeylər kimi ədəb və qaydaları vardır. Bu əməl müsəlmanlar arasında ülfət və sevgiyə səbəb olar.

“Səlam” – Uca Allahın müqəddəs adlarından biridir. Mənası – salamatlıq, dostluq deməkdir. Allah Təbarəkə və Təala “Həşr” surəsində Özünü bu adla çağırmışdır.

“O, Ondan başqa heç bir tanrı olmayan Allahdır. O, Məlikdir (varlıq aləminin sultanı və hökmranıdır), Qüddüsdür (müqəddəsdir. Hər hansı bir eyibdən, nöqsandan, şərikdən və övladdan uzaq və pakdır), Salamdır (zatı eyibdən, sifətləri nöqsandan, işləri şərdən salamatdır), Mömindir (Öz tövhidini bəyan edəndir.

Öz zatının və sifətlərinin həqiqətinə imanı olan, hər bir zülmdən və pislikdən amanda saxlayandır), Muhəymindir (əmindir, hər bir şeyə hakim və üstündür, bütün varlığı qoruyan və hər bir şeyə nəzarət edəndir), Əzizdir (oxşarsız və bənzərsizdir, məğlubedilməz qalib və izzət bəxş edəndir), Cabbardır (əzəmətli şan-şövkət sahibi, hər bir məğlubiyyəti və zərəri yoluna qoyan, mövcudatı islah edən, hər şey üzərində qəti iradəyə malik olandır). Mütəkəbbirdir (təzim olunmağa layiq, batini və aşkar böyüklük sahibidir). Allah Ona şərik qoşduqlarından pakdır”. (“Həşr”, 23).

Allah Öz bəndələrinə icazə vermişdir ki, bir-birini görən zaman Onun "Səlam" adını hədiyyə etsinlər. Bu yolla bütün xeyirlər onlara nəsib olar. Hər kim bu sünnəni davam etdirməkdə qabaqcıl olarsa, daha çox bərəkətə malik olar.

Həzrət Peyğəmbər (s) buyurur: “Allah və Rəsulu (s) yanında ən layiqli insan o kəsdir ki, salamı başladar”.

İmam Sadiq (ə) buyurur: “Salamı başladan – Allah və Rəsuluna (s) daha yaxındır”.

İmam Rza (ə) buyurur: “Hər kim yoxsul müsəlmanı görər və ona elə salam verər ki, zənginə verdiyi salamdan fərqlənər, Qiyamət günü Allahla o halda görüşər ki, Allah ona qəzəblənmişdir”.

İmam Baqir (ə) buyurur: “Allah Təala yüksəkdən salam verilməsini sevir”.

Beləliklə, deyə bilərik ki, salam vermək – İslami sünnələrdən biridir ki, hər bir müsəlmana tövsiyə edilir.

Ola bilsin ki, bu əməl bizim üçün adi olsun, ancaq nəzərə almalıyıq ki, bu sünnəyə öz ədəb və qaydalarına əsasən əməl olunarsa, insana çoxlu maddi və mənəvi səmərə gətirə bilər. Ona görə də ona qarşı diqqətsizlik etmək məsləhət deyildir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930