Tövbənin qəbul olunmasında mühüm nöqtə
Mьəllif: admin1
Tarix: 4-03-2020, 10:40
Tövbənin qəbul olunmasında mühüm nöqtə
Biz insanlar zəif məxluq olduğumuz üçün daima xəta işlədir və büdrəyirik. Allah Təala bizi pak etmək üçün tövbə qapısını açıq qoymuşdur ki, Onun hüzuruna pak halda çıxaq. Əgər insan etdiyi günahı başa düşsə və ona görə tez tövbə etsə, Uca Allah həmin tövbəni qəbul edər.

Tövbənin qəbul olmasının mühüm nöqtələrindən biri də budur ki, bəndə günah işlədən zaman cahil olar. Yəni, günahı tanıyar, ancaq onu Allahla düşmənçilik etmək üçün etməz, bəlkə zəif olduğu üçün edər.

“Sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır”. (“Ənam” 54).

“Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam.

(Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər İlahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür)”. (“Taha” 82).

“Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər”. (“Ali-İmran” 135).

Əgər insan cahillik deyil, Allahla tərslik üzündən günah edərsə, belə halda tövbə qəbul olunmaz. Bu halda insan əməlindən peşman olmaqla yanaşı, bu günaha səbəb olan mərəzi qəlbinin dərinliklərindən çıxarmalıdır, mahiyyətcə iman gətirməlidir.

“Daim günah edib ölümləri çatan zaman (öləcəyini yəqin edəndə və ya zahiri hissləri Bərzəx aləminin əlamətlərini dərk edəndə) «mən indi tövbə etdim» deyənlər və həmçinin küfr halında ölənlər üçün tövbə yoxdur (onların tövbələri qəbul olunmaz). Ağrılı bir əzab hazırladığımız kəslər onlardır”. (“Nisa” 18).

Beləliklə, deyə bilərik ki, tövbənin qəbul olmasındakı ən mühüm nöqtələrdən biri budur ki, insan günahı cahilllik üzündən etmiş olsun, bu zaman tövbə qəbul olunar. Əks halda kafirin tövbəsi qəbul olmayacaqdır. Gərək əvvəlcə iman gətirsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930