İnsan gərək vasitəni hədəfə çevirməsin
Mьəllif: admin1
Tarix: 19-02-2020, 20:15
İnsan gərək vasitəni hədəfə çevirməsin
Ali dini Rəhbər buyurur: “Allah Təala bizə buyurur: “Bu işi görmə! Bu yoldan getmə! Bu hərəkəti yerinə yetirmə!”.

Bəs bizim təklifimiz və vəzifəmiz nədir? O şeydən ki, Allah bizi çəkindirir – gərək ondan çəkinək”.

Allahın biz bəndələrini çəkindirdiyi mövzulardan biri də dünyaya bağlanmaqdır. Əgər bəndə dünyanın hədəfinə nəzər salsa, görər ki, bu dünyaya gəlişi axirətə çatmaq niyyətilə olmuşdur.

Dünya insanı axirət üçün hazırlayar. İnsan dünyaya gəlir ki, kamala çatsın və axirətdə uca məqamda olsun. Bu dünya həmişəlik məkanı deyildir.

Həqiqi məkan – axirətdədir. Sadəcə bu dünya onun üçün körpü rolunu oynayır və onu kamala çatdırır.

İnsan dünya nemətlərindən bir vasitə kimi istifadə edər ki, kamala çata bilsin. Nəinki onun qulu olsun və ona bağlansın.

Allah bu cür dünya sevgisini məzəmmət etmiş və insanı xəbərdar etmişdir ki, dünyaya məftun olmasın. Çünki dünya fani və aradan gedəndir.

İslam dini bir bəndənin övlada, mala malik olmasının əleyhinə deyildir. Sadəcə buyurur ki, onlara ürək bağlamasın. Həm dünyadan və həm də onda olanlardan axirətə çatmaq üçün istifadə etməlidir.

İnsan İlahi nemətlər sayəsində Allahı tanıyar, Ona ibadət və itaət edər. Dünya sərvətindən abırı qorumaq üçün istifadə edər. Başqalarına yardım edər və yoxsulların ehtiyaclarını aradan qaldırar.

Xülasə, əgər insan dünyanı bir keçid kimi qəbul edərsə, o zaman ondan hədəfinə çatmaq üçün istifadə edər. Əgər dünyaya bağlanar və onu əsil hədəf bilərsə, bu zaman ziyankarlardan olar.

“Qadınlar və övladlar, qızıl və gümüş kimi toplanılan çoxlu mallar, nişan qoyulmuş atlar, dördayaqlılar və əkin yerləri kimi istənilən və arzu edilən şeylərin (dünya mallarının) məhəbbəti insanlar üçün zinətləndirilmişdir. Halbuki, bunlar dünya həyatından faydalanmaq vasitəsidir. Gözəl qayıdış yeri isə Allahın yanındadır”. (“Ali-İmran” 14).


“Bu dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”.
(“Ali-İmran” 185).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930