Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
Mьəllif: admin1
Tarix: 12-02-2020, 11:34
Cəhənnəm və behiştdə şəxslərin yaşı nə qədər olacaq?
Yaşın və ilin dəyişməsi ilə insanların şəklinin dəyişməsi bu dünyaya aid olan mövzularındandır, amma axirət aləmi, məxsusən behişt belə təsvir edilməz ki, insanlar müxtəlif şəkl və qiyafələrdə, məsələn bir dəstə kiçik yaşlı, bir dəstə orta yaşlı, bəziləri qoca və s... olalar.

Hətta əgər axirət aləminin də maddi olmasına etiqadımız ola, yenə də hal-hazırda yaş və ildən olan təsəvvür behiştdə olanların barəsində yoxdur. Rəvayətlərdən ələ gələn budur ki, behiştə daxil olan möminlər gözəl və cavan insan şəklindədirlər:

1 یدخلون الجنة شبابا منورین و قال إن أهل الجنة جرد مرد مکحلون

Behişt əhli, gözəl və nurani cavanlar kimi behiştə daxil olarlar. Başqa bir ibarətlə, onlar həmişə ən yaxşı şəkl və haldadırlar ki, zamanın keçməsi bu şadlıqda (təzəlikdə) heç bir təsir qoymayacaq.

Qurani- kərimdə elə ki, pak behişt qadınlarından söz açılır, deyir: Behişt əhlinin yanında onların həyat yoldaşları vardır ki, ancaq öz ərlərinə göz dikiblər, hamısı cavan və öz ərləri ilə həmyaşıddırlar:

2 وَ عِنْدَهُمْ قاصِراتُ الطَّرْفِ أَتْرابٌ

"أَتْرابٌ" "həm yaşıd" mənasınadır, behişt qadınlarının öz həyat yoldaşlarına nisbət verilən sifətlərindən biridir; çünki, yaş uyğunluğu iki həyat yoldaşı (ər arvad) arasındakı cazibəni daha da artırır. Yaxud o qadınların özləri üçün olan sifətdir ki, onların hamısı həmyaşıd və cavandırlar:[3]

Başqa bəyanla; onların heç biri üçün cavanlıq, qocalıq və yorğunluq (üzgünlük) kimi sifətlər baş verməz. Nə uşaqdırlar, nə qoca və nə yorğun.[4]

Bu sualın ətraflı cavabı yocdur.


[1] - İbn Şəhr Aşub, Mənaqibe ale əbi- Talib, cild 1, səh 148, İntişarate Əllamə müəssisəsi,Qum, 1379 h.q.

[2] - Həmin, səh 52.

[3] - Məkarim, Nasir, Nümunə təfsiri, cild 19, səh 317, Darul- kotobil- İslamiyyə, Tehran, birinci çap, 1374 h.ş. Siyuti, Cəlalud- din, əd- durrul- mənsur fi təfsiril- məsur, cild 5, səh 318,Ayətullah Mərəşi Nəcəfinin kitabxanası, Qum, 1404 h.q.

[4] - İbn Əcibə, Əhməd ibn Məhəmməd, Əl- bəhrul- mədid fi təfsiril- Quranil- Məcid, Təhqiq, Qurşi Rusulan, Əhməd Abdullah, cild 5, səh 36, Zəki nəşriyyatı, Həsən Abbas, Qahirə, 1419 h.q; Təfsire Safi Feyz Kaşani, Molla Möhsin, Təfsire Safi Təhqiq, Ələmi, Hüseyn, cild 4, səh 306, Əs- sədr nəşriyyatı, ikinci çap, Tehran, 1415 hicri qəməri.


(islamquest)



Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930