Bu keyfiyyət insana agahlıq verər, dünyagörüşünü genişləndirər
Mьəllif: admin1
Tarix: 1-02-2020, 20:31
Bu keyfiyyət insana agahlıq verər, dünyagörüşünü genişləndirər
Qurani-Kərim təqva haqqında çox sayda ayələr nazil etmişdir ki, bu ayələrdən belə nəticəyə gəlmək olur ki, təvqa dedikdə, insanın qəlbində olan pərdələrin aradan qalxması nəzərdə tutulur. Təqvaya sahib insanın dünyagörüşü daha dərin olur.

“Ey iman gətirənlər, əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər, sizin (kiçik) günahlarınızı təmizləyər, və sizi(n böyük günahlarınızı) bağışlayar. Allah böyük lütf və ehsan sahibdir”. (“Ənfal” 29).

“Allahdan qorxun! Allah sizi öyrədir və Allah hər şeyi biləndir”. (“Bəqərə” 282).

Təqva ilə bəsirət arasında olan rabitə mənəvi cəhətdən bizim üçün məchuldur. Ancaq əqli təhlil vasitəsilə dərk olunasıdır.

Belə ki, insanın elm əldə etməsi və qəlbindəki pərdələrin aradan getməsi üçün təqva lazımdır. Təqva bu pərdələri yaradan havayi-nəfs ilə mübarizə aparar və onu məğlub etməyə çalışar.

Bu pərdələrin yaranmasına səbəb olan başqa amillər bunlardır: uzun arzulara malik olmaq, maddiyyatın əsiri olmaq, dünyanın bər-bəzəyinə aldanmaq...

O zaman ki, bu pərdələr qəlbimizi fəth edər – həqiqətləri dərk edə bilmərik. Təqva bu pərdələri yarıb aradan aparar və insana yardım edər ki, həqiqətləri görə bilsin.

Mömin üçün bu dərkin şirinliyindən gözəl şey yoxdur. İnsan təvqa vasitəsilə müqəddəs hədəfinə çatmaq yollarını təmizləyər və ona tez çatar.

Bəli, təqva insana agahlıq verər. Necə ki, agahlıqlar insanı təqvalı edər. Yəni, bu iki amil bir-birinə təsir edərlər.

Hədislərin birində oxuyuruq: “Əgər şeytanlar insan qəlbində sakin olmasaydılar, (insan) mələkut və səmanın dərinliklərində olanları görə bilərdi”.

İmam Əli (ə) buyurur: “Din, havayi-nəfs ilə cəm olmaz. Həmçinin ağıl həvəslə bir yerdə olmazlar. Hər kim havayi-nəfsinin ardıcılı olar – onu kor və kar edər, zəlil edər və yolundan azdırar”.

Allah Təala bizləri ayıq və agah insanlardan qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930