İmam Sadiqin (ə) Əhli-Beyt (ə) davamçılarına yazdığı məktub
Mьəllif: admin1
Tarix: 25-12-2019, 21:26
İmam Sadiqin (ə) Əhli-Beyt (ə) davamçılarına yazdığı məktub
İmam Sadiq (ə) öz davamçıları üçün məktub yazmış və bəzi şeyləri onlara tövsiyə etmişdir ki, dünya və axirətləri üçün faydalıdır. Bu məktubu Şeyx Kuleyni tərcümə edərək, “Əl-Kafi”də qeyd etmişdir.

Məktubun məzmununa diqqət edən zaman görmək olur ki, İmam (ə) bu məktubunu bütün davamçılarına yazmışdır.

Məktubun məzmunu belədir: “Mehriban və bağışlayan Allahın adı ilə! Allahdan afiyət istəyin. Hüzur, vüqar və sakitliyin ardınca olun. Həya və xəcalətə malik olun.

Batil əhli ilə sülh bağlamayın. Onların sizə etdiyi zülmə duruş gətirin. Məbada onlarla dava-dalaş edəsiniz. Onlarla bir məclisdə olan zaman özünüzlə Allah arasında dindar olun.

Onlarla eyni məclisdə olan zaman təqiyyə edin. Nə zaman onlarla yoldaş olmağa məcbur olsanız, şübhəsiz sizə əziyyət verəcəklər və çirkinliklərini üzlərindən oxuyacaqsınız. Sizə qarşı olan kin və küdurətlərini aşkar edəcəklər.

Sizin onlarla bir məclisdə olmağınız bir şeydir, ancaq sizin canınızın onlardan daha fərqli olması başqa şeydir. Onlara yaxın ola bilməzsiniz. Siz onları heç bir zaman sevməyəcəksiniz. Onlar da sizi sevməyəcəkdir.

Ancaq Allah sizi haqq yoluna yönəldərək əziz tutmuşdur. Pis insanlara qarşı sizdə agahlıq yaratmışdır. Ancaq onları haqqa layiq bilməmişdir.

Onlarla sülh içində olun və pislərinə qarşı səbir edin, baxmayaraq ki, onlar sizə səbir etməzlər. Onların hiyləsi – şeytanın düşüncələridir ki, birindən alar və başqasına verər.

Həqiqətən Allahın düşməni sizi haqdan saxlayarsa, Allah sizi onlardan qoruyar. Ona görə də İlahi təqvaya riayət edin və ağzınızı xeyirdən başqası üçün açmayın.

Çəkinin o şeydən ki, dilinizi yalan danışmaq, böhtan və günaha batmaqla bəzəyəsiniz. Çəkinin o işdən ki, Allah sizi ondan çəkindirmişdir. Sükut edin, o şeylərdən başqa ki, böyük Allah ona görə axirətiniz üçün xeyir çatdırar və sizə mükafat verər.

Allahı çoxlu təsbih və sitayiş edin. Dərgahında dərdləşin və Onun yanında olanlara meyilli olun. Dilinizi Allahın çəkindirdiklərindən saxlayın. Batil sözlər deməyin ki, onu deyən atəşdə cavidan qalacaqdır. Onlar o kəslərdir ki, bu sözlərlə ölərlər və Allaha tövbə etməzlər.

Dua edin. Hər bir müsəlmanın öz hacətinə çatması üçün Allah dərgahında duadan yaxşısı yoxdur. Allahın sizi təşviq etdiyi şeylərə meyil göstərin. Məbada o şeyə məftun olasınız ki, Allah onu sizin üçün haram etmişdir. Hər kim dünyada Allahın hörmət pərdəsini cırar, Allah onunla behişt arasında maneə olar.

Hər kim Allaha itaətsizlik haqqında düşünər, dünya ləzzətlərinin ardınca olar – o, İlahi pərdələri cırmış olar. Və bu şeyləri behiştin cavidan nemətlərindən üstün bilər.

Vay olsun onların halına! Qiyamət günü necə də bəd hallı və bədbəxt olacaqlar. Allaha pənah gətirin o şeydən ki, Allah əbədi olaraq sizi ondan qoruyar və ondan ki, sizi onlar kimi imtahana çəkər. Bizim və sizin üçün ondan başqa güc yoxdur. İlahi təqvaya riayət edin.

Sizi canınız və malınızla imtahana çəkər o zamana qədər ki, Allah düşmənlərindən çoxlu əziyyət görərsiniz və səbir edərsiniz. Bu yolda Allahın razılığını və axirəti axtarın o zamana qədər ki, Allah düşməninin əziyyətindən qəzəbinizi yatızdırarsınız.

Sizi Allaha əqidə ilə bağlı yalançı adlandırarlar və düşmən bilərlər. Ona görə sizə kin bəsləyərlər. Gərək bunların hamısına səbir edəsiniz. Bunun misalını Quran ayələrində görmək olur.

“Şübhəsiz, səndən qabaq (da bir sıra) peyğəmbərlər təkzib olundular. Beləliklə onlar edilən təkzib və əziyyət müqabilində səbir etdilər (və) nəhayət, Bizim köməyimiz onlara yetişdi. Allahın kəlmələrini (peyğəmbərlərə verdiyi kömək və qələbə vədəsini) dəyişdirə biləcək bir kəs yoxdur. Şübhəsiz, peyğəmbərlərin (səbir və dözümlülük) xəbərindən (bəziləri) sənə çatmışdır”. (“Ənam” 34).

Bu ayələr barəsində düşünün və onu qəbul edin. Çünki hər kim Allah Kitabında olana əməl etməz – üzü üstə cəhənnəm atəşinə düşər.

Ey rəhmət olmuş bəndələr! Həqiqətən, Allah sizə verdiyi xeyiri kamala çatdırmışdır. Bilin ki, Allah elmi elə deyildir ki, hər kəs ona sərf edəni etsin. Allah Quranı yerə endirmişdir ki, orada hər bir məsələ bəyan edilmişdir. Quranı öyrənmək üçün xüsusi dəstə yaratmışdır.

O kəslərə ki, Allah elmi verilmişdir, rəva deyildir ki, onu öz nəzərlərinə uyğun təfsir etsinlər. Çünki onlar həmin zikr əhlidirlər ki, Allah onlardan sual soruşmağı əmr etmişdir. Hər kim onlardan soruşsa, Allah elminə əsasən cavab verərlər.

Bəzi insanlar zikr əhlindən soruşmağı sevməzlər. Onlar həmin o kəslərdir ki, öz nəzərləri əsasında nəticə çıxardarlar. Çünki şeytan onların qəlbinə yol tapmışdır.

Onlar Allahın elmini kafir sifətində tanıtmış və Allah yolundan azmağı möminlik hesab etmişdilər. Bir çox halal mövzuları haram və haram mövzularını isə halal adlandırmışdılar. Budur onların nəfsani istəklərinin meyvəsi.

Allahın Peyğəmbəri (s) ölməzdən əvvəl onlara tövisəyələr vermişdi. Onlar isə demişdilər ki, Allah Təala Peyğəmbəri (s) bizdən alandan sonra insanların istədikləri şeylərə əməl edəcəyik.

Heç kəsin onlar qədər yolunu azması aşkar deyildir. Onlar elə bilirlər ki, bu əməl onlara rəvadır. Allaha and olsun ki, Allahın insanlar üzərində haqqı odur ki, Peyğəmbərin (s) sağ olanda və vəfat edəndən sonra buyurduqlarına əməl etsinlər...”.

Bu məktubda biz Əhli-Beyt (ə) davamıçıları üçün çoxluca dəyərli tövsiyələr var. Amma ümumiləşdirsək, 7 əsas tövsiyəni görərik:

1. İnsanlara xidmət etmək.

2. Vilayəti qəbul etmək.

3. Saleh əməllər yerinə yetirmək.

4. Əməlini hesaba çəkmək.

5. Günahdan və haramdan uzaq olmaq.

6. Ailənin ehtiyaclarını ödəmək.

7. Qurana diqqət etmək və onu oxumaq.

Allah Təala mübarək tövsiyələrə



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930