Quran hafizləri hansı xüsusiyyətlərə malik olmalıdırlar?
Mьəllif: admin1
Tarix: 23-12-2019, 11:19
Quran hafizləri hansı xüsusiyyətlərə malik olmalıdırlar?
Quran – bəşərin nicat kitabıdır və hər kim onu oxuyub əzbərləyərsə, həm dünyasına və həm də axirətinə fayda vermiş olar.

Quranı əzbərləmək və onun ayələri haqqında təfəkkür etmək – Məsumlarımızın (ə) tövsiyəsidir. Quran hafizlərinin həm bu dünyada və həm də axirətdə böyük əcrləri vardır.

Ancaq Quranı hifz edən hər bir kəs həqiqi hafiz ola bilməz. Həqiqi Quran hafizi olmaq üçün bəzi fəzilətli sifətlərə malik olmaq lazımdır ki, onlara işarə edək:

1. Təvazökarlıq.

Quran hafizi Allahın ona inayət etdiyi bu böyük tövfiqə görə təkəbbür etməməlidir. İmam Sadiq (ə) buyurur: “Yüksək səslə hafizə deyərlər: “Ey Quran hafizi! Quran vasitəsilə insanların arasında təvazökar ol ki, Allah səni əziz etsin. Təkəbbür və lovğalıqdan çəkin ki, səni zəlil və xar etməsin””.

2. Qurana əməl etmək.

Quran – hidayət kitabıdır. Onun ən ali hədəfi – bəşəri səadətə tərəf hidayət etməkdir. İnsanı kamala çatdırar və ubudiyyət ruhu icad edər. Quran hafizinin ən ali hədəfi o olmalıdır ki, Quranı hifz etmək yolunda Qurana əməl edənlərdən olsun. Nəinki Quranı dünya mənfəətlərinə çatmaq üçün əzbərləsin.

Quran buyurur: “Ey iman gətirənlər, etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (Niyə əməl etməyəcəyinizi bilə-bilə vəd verirsiniz?)”. (“Səff” 2).

3. Əzbərlədiklərini qorumaq.

Quran hafizini məsuliyyətlərindən biri də budur ki, hifz etdiklərini qorusun və möhkəmləndirsin. İmam Sadiq (ə) buyurur: “Hər kəs Qurandan bir surəni unudar, həmin surə behiştdə gözəl simada və uca məqamda ona aşkar olar.

O zaman ki, onu görər, deyər: “Sən kimsən ki, belə gözəlsən? Kaş mənim üçün olardın”. Surə deyər: “Məni tanımırsan? Mən filan surəyəm. Əgər məni unutmasaydın, səni bu dərəcə və məqama çatdırardım””.

4. Dünya işlərinə çox qapılmamaq.

Quran hafizi gərək hər günün müəyyən saatını Quranı təkrarlamaq üçün ayırsın. Dünyanın boş işləri ilə çox məşğul olmasın. Bir nəfər İmam Sadiqə (ə) deyir: “Borcum çoxdur və o qədər qəmə düçar olmuşam ki, Quranı unutmuşam”.

İmam (ə) buyurur: “Quranı, Quranı! Həqiqətən, Quran və surələr Qiyamət günü gələcək və min dərəcə yuxarı qalxacaqdır. O zaman deyəcəkdir: “Əgər məni əzbərləsəydin, səni bura çatdırardım””.

5. Quranı üzünə oxumağın zəruriliyini dərk etmək.

Quran hafizi öyrəndiklərini qorumaq üçün gərək öz vaxtını iki yerə bölsün: Bir zamanı əzbərlədiklərini təkrar etmək üçün və o birisini isə Quranı tilavət etmək üçün ayırsın.

Əshaq ibn Əmar, İmam Sadiqə (ə) deyir: “Qurbanın olum, mən Quran hafiziyəm. Quranı əzbərdən oxusam yaxşıdır, yoxsa səhifədən?”.

İmam (ə) buyurur: “Səhifədən oxusan yaxşıdır. Məgər bilmirsən ki, Qurana baxmaq ibadətdir?”.

Bundan əlavə, Quranı üzünə oxumaq gözlərin görmə qabiliyyətini gücləndirər, valideynlərin əzabını yüngülləşdirər.
(Deyerler.org)






Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930