İmam Əli (ə) insanın təfəkkür etməsinin təsirləri barədə
Mьəllif: admin1
Tarix: 16-12-2019, 11:28
İmam Əli (ə) insanın təfəkkür etməsinin təsirləri barədə
İslam dininin nəzərinə görə, təfəkkür etməyin əhəmiyyəti çox böyükdür. Ona görə də dinimiz, bir saat düşünməyi bir il ibadətdən daha üstün hesab edir.

Təfəkkür etmək insanın batini qüvvəsini inkişaf etdirir, hər bir çətinlikdən nicat yolunu ona göstərir. Təfəkkür edən insan istedadlarını bilqüvvədən bilfeilə çevirər. Bu yolla tərəqqi edər.

Əmirəl-möminin (ə) davamlı olaraq insanları düşünməyə və təfəkkür etməyə dəvət edərdi. İmam Həsənə (ə) belə vəsiyyət edir: “Oğlum! Düşünmək, nur meydana gətirər. Qəflət etmək isə zülmət”.

İmam Əli (ə) İmam Hüseynə (ə) belə buyurur: “O kəs ki, düşünər – ayıq olar”.

İmam (ə) buyurur: “Təfəkkür edin ki, o, yolunu azmaqdan yol tapmaq və əməlləri sahmana salmaqdır”.

İmam (ə) buyurur: “İnsanın düşünməsi elə bir aynadır ki, əməlinin yaxşı və pisini ona göstərər”.

“Təfəkkür etmək – yol göstərəndir”.

“Təfəkkür etmək – inkişaf mənbəyidir”.

“Təfəkkür etmək – düz yola yönəldər”.

“Təfəkkür etmək səni düz yola yönəldər və məad işlərini sahmana salmağa sövq edər”.

“Heç bir elm, təfəkkürə bərabər deyildir”.

“Təfəkkür etmək – pak aynadır”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930