Bu surəni oxuyana mələklər şahidlik edər
Mьəllif: admin1
Tarix: 11-12-2019, 10:57
Bu surəni oxuyana mələklər şahidlik edər
“Əhvalat və hekayələr” mənasını ifadə edən və 88 ayədən ibarət olan “Qəsəs” surəsi Qurani-Kərimin 20-ci cüzündə yer almış və məşhur nəzərə görə, Məkkədə nazil omuşdur.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَأَ سُورَةَ الْقَصَصِ، كَانَ لَهُ مِنَ الْأَجْرِ عَشْرُ حَسَنَاتٍ بِعَدَدِ مَنْ صَدَّقَ مُوسَى وَكَذَّبَ، وَلَمْ يَبْقَ مَلَكٌ فِي السَّمَوَاتِ وَالْأَرْضِ إِلَّا شَهِدَ لَهُ أَنْ كَانَ صَادِقًا أَنْ {كُلُّ شَيْءٍ هَالِكٌ إِلا وَجْهَهُ لَهُ الْحُكْمُ وَإِلَيْهِ تُرْجَعُونَ}

““Qəsəs” surəsini tilavət edən kəsə həzrət Musanı (ə) təsdiqləyən və təkzib edənlərin sayının on bərabəri qədər savab verilər, qiyamət günü göy və yer mələkləri onun sadiq və doğru olduğuna, eləcə də, “Allahdan başqa hər bir şeyin məhvə məhkumluğuna, hökmün Ona məxsus olduğuna və sizin (qiyamət günü) məhz Onun hüzuruna qaytarılacağınıza” şahidlik edərlər.” (“Məcməul-bəyan”, 7-ci cild, səh.412.)

2. İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə belə buyurulur:

من قرأ طواسين الثلاثة في ليلة الجمعة کان من أولياء الله وفي جواره و کنفه و لم يصبه في الدنيا بوس أبدا و اعطي في الاخرة من الجنة حتي يرضي و فوق رضاه...

“Hər kim “Ta, sin”lə başlayan üç surəni (“Şüəra”, “Nəml” və “Qəsəs” surələrini) cümə axşamı tilavət etsə, Allahın dostlarından olar, Onun lütf və mərhəməti sayəsində qərar tutar, dünyada çətinliklə əsla üzləşməz və axirətdə ona razı olduğu qədər və hətta ondan da çox behişt əta olunar...” (“Səvabul-əmal”, “Nurus-səqəleyn”dən nəqlən, 4-cü cild, səh.74; “Təfsiri-nümunə”, 15-ci cild, səh.393.)

Maide.Az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930